Cümə, 18 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Mundiala aparılmayan alman futbolçu ağladı

Yoahim Löv ötən gün Almaniya yığma komandasının Rusiyada keçiriləcək dünya çempionatı üçün nəzərdə tutulmuş 27 nəfərlik ilkin heyətini açıqlamışdı


Siyahıya düşə bilməyənlərdən biri "Bavariya"nın hücumçusu Sandro Vaqnerdi.

PİA.AZ apasport.az-a istinadən xəbər verir ki, xəbəri eşidər-eşitməz məyus olan Vaqner "Bavariya"nın son məşqi zamanı göz yaşlarını saxlaya bilməyib. Komanda yoldaşları və baş məşqçi Yupp Haynkes onu sakitləşdiriblər.

Haynkes Yoahim Lövün qərarını başa düşmədiyini və Vaqnerin yığmaya çağrılmağa layiq olduğunu deyib.

Qeyd edək ki, Almaniya millisinin 27 nəfərlik siyahısında hücumçulardan Tomas Müller, Timo Verner, Leroy Sane, Mario Qomes və Nils Petersenin adları var.

pia.az
Etiket:
loading...