Xəbər xətti

20 YANVAR

21:50 Türkiyə SQ Baş Qərargahı: Afrində 113 hədəfdən 108-i məhv edilib

21:38 Füzuli sakini qohumunu güllələyib- DİN-dən açıqlama

21:33 Şamaxıda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

21:20 Rusiya ordusu Suriyanın Afrin rayonunu tərk edib

21:05 Ərdoğanın köməkçisi: Türkiyə təkcə Afrini terrorçulardan təmizləmək niyyətində deyil

20:45 İran XİN Türkiyənin Afrin əməliyyatına münasibət bildirib

20:15 “Səhərə yaxın atam üst-başı qanın içində gəldi“ - Elnarə

20:05 Türkiyə Afrin əməliyyatını başlatdı-“Zeytun budağı” -Video

19:43 Rusiya XİN Türkiyənin Afrin əməliyyatına münasibət bildirib

19:23 32 yaşlı şəxsi elektrik cərəyanı vuraraq öldürüb- Yevlaxda

19:13 Türkiyə Baş Qərargahı rəsmi açıqlama yayıb

19:05 “Prezident olsam, 20 martda Ukraynanı işğal edəcəm”

18:40 Türkiyə hərbi aviasiyası Suriyadakı mövqeləri bombalamağa başlayıb

18:27 Göyçayda yol tikintisi zamanı torpaq uçqunu baş verib- Fəhlə ölüb

18:17 “S&P” bu il neftin qiymətinə dair proqnozunu artırıb- 5 dollar

18:10 Dağlıq Qarabağda Ermənistan hərbçisi ağır yaralanıb

17:50 Türkiyə Silahlı Qüvvələri son həftədə 20 terrorçunu zərərsizləşdirib

17:36 Ermənilər Qazaxı atəşə tutub – Mülki təsərrüfata ziyan dəyib

17:25 Donald Tramp:“Hökumətin işini demokratlar dayandırdı“

17:17 Çində dünyanın ən böyük hava təmizləyicisi işə düşüb – Video

17:05 Tərtərdə 20 Yanvar şəhidləri yad edilib

16:42 Şamaxıda dalaşan qardaşların hər ikisi xəstəxanaya yerləşdirilib

16:25 Ermənistan prezidenti Fransaya gedir- İşgüzar səfərə

16:20 Əbdülfəttah əs-Sisi yenidən prezident olmaq istəyir- Namizədliyini irəli sürəcək

16:12 “Azərbaycanla eyni səviyyədə komandayıq“

16:05 Ərdoğan: “Afrin əməliyyatı faktiki olaraq başlayıb”

15:53 Millimizin rəqibi heyətini açıqladı

15:40 Suriyada avtomobildə partlayış olub

15:33 Türkiyə Silahlı Qüvvələri terrorçuların Afrindəki mövqelərinə zərbə endirib

15:25 “Piter Elçin”in qardaşını kim öldürtdürüb?

15:14 Rusiyanın Çinə göndərdiyi “S-400” sistemi geri qaytarılıb - Səbəb

15:05 “Qarabağ”ın Türkiyədə ikinci sınağı

14:57 Ukrayna Xarici Kəşfiyyat xidmətinin sabiq rəhbəri: “Ən başlıcası Putinin ətrafıdır”

14:50 Şamaxıda dalaşan qardaşların hər ikisi xəstəxanaya yerləşdirilib

14:38 “Gazprom”: ““Türk axını”nın ikinci xəttinin inşası üçün icazələr alınıb”

14:29 Bakıda avtomobil oğruları yaxalandı

14:21 Sülh Platforması 20 Yanvar faciəsi ilə bağlı bəyanat verib

14:13 Göyçayda yol tikintisi zamanı torpaq uçqunu baş verib, fəhlə ölüb

14:01 20 Yanvarda şəhid olmuş şairin şeirləri

13:52 Ağcabədi sakinindən xeyli sayda silah-sursat tapıldı

13:43 Demokratların Senatdakı lideri Trampı qurumların bağlanmasında ittiham edib

13:37 “Barselona”da növbəti ayrılıq

13:15 Corc Soros ona qarşı olan dövlətlərə meydan oxudu: “Ölənə qədər sizinlə varam”

13:10 Sabah hava necə olacaq?

13:03 Çavuşoğlu İraqa gedir - Əl-Abadi ilə görüşəcək

12:58 İraqda zəlzələ baş verib

12:50 İƏT XİN rəhbərləri Ciddəyə fövqəladə görüşə toplaşır

12:42 Biləsuvarda 20 Yanvar faciəsi ilə əlaqədar ümumrayon tədbiri keçirilib

12:37 Füzuli sakini qohumunu güllələyib

12:30 Türkiyə səfiri: “Şəhidlər Azərbaycanın müstəqilliyinin yolunu açdılar”

12:23 “Apple” “iPhone”un ləngiməsini söndürməyə imkan verəcək

12:16 Tramp üçün bir, dünya üçün səkkiz il...

12:10 Türkiyənin Afrin əməliyyatı və İran: Rəsmi Tehranın susması razılıq işarəsidir

12:04 20 Yanvar şəhidləri bir dəqiqəlik sükutla yad edildi

11:57 Gəncə sakinindən narkotik götürülüb

11:51 Ev sahiblərinin əl-ayağını bağlayıb, külli-miqdarda pul apardılar - Şamaxıda

11:46 Azərbaycan nefti 1%-dən çox ucuzlaşıb

11:40 Azərbaycan Ordusunun şəhid olan əsgəri Neftçalada dəfn olundu

11:34 Xəzərin hüquqi statusuna dair işçi qrupunun gələn ay iclası olacaq

11:29 Masazırda körpə altıncı mərtəbədən yıxıldı - Sağ qaldı

11:23 Odessada silahlı insident: 3 nəfər ölüb

11:16 Bakıda mərkəzində yaşayış binasında yanğın söndürülüb

11:11 Ləğv prosesində olan iki banka məxsus 11 avtomobil hərrac yolu ilə satılıb

11:06 Terrorçular Türkiyəyə qarşı çıxmayan dinc sakinlərə atəş açdı - 25 ölü

11:00 Azərbaycan-Rusiya sərhədinin demarkasiyasına dair növbəti görüş keçiriləcək

10:54 Əli Əhmədov: “Qida Təhlükəsizliyi Agentliyi bir neçə aya fəaliyyətə başlayacaq”

10:45 Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı hazırlıq işlərinə başlayıb

10:40 “WhatsApp” yazışması zamanı “YouTube” izləmək mümkün oldu

10:35 Ucarda ata və oğlunu bıçaqlayan şəxs tutuldu - Yenilənib

10:29 Qızıl 4 dollara yaxın bahalaşıb

10:24 İstifadəçilərin söhbətlərini dinləyən casus proqramı aşkarlandı

10:20 ABŞ-da hökumətin fəaliyyəti dayanıb

10:15 Türkiyədə avtobus qəzası: 13 ölü, 42 yaralı

10:10 Bakının mərkəzində tarixi yaşayış binası yanır - Yenilənib

10:05 Atəşkəs 132 dəfə pozulub

10:00 Prezident İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib

0:59 Roma Papası göydə nikah kəsdi - Video

0:47 Antonio Banderas məşhur rəssamın rolunda

0:34 İlin ən innovativ şirkətləri bəlli oldu

0:21 Dino Ndlovu rəsmən Çin klubunda

0:13 NASA və ABŞ nüvə reaktoru hazırlayırlar

0:02 Bu gün bürcünüz nələr vəd edir?

19 YANVAR

23:59 Bakıda ruhi xəstə maşın qaçıraraq qəza törədib - iki yaralı

23:54 Azərbaycan xalqının 20 yanvar imtahanından 28 il keçdi

23:48 Fransa hərbi xərclərini artırdı

23:41 Azərbaycan neftinin son qiyməti

23:35 Sergey Lavrov Rusiya qoşunlarının Afrindən çəkilməsi xəbərini təkzib edib

23:29 Almaniyada 2017-ci ilin ən yaxşı futbolçusu məlum oldu

23:22 Salyanda evdən 3 kilo narkotik aşkarlandı

23:15 Belçikada miqrantlar polisə hücum etdi

23:09 Erməni deputat: “Sarkisyanı devirməyə hazıram”

23:01 Bitkoini bu ölkənin kəşfiyyatı yaradıb - İddia

22:54 Prezidentliyinin ilk ilində Trampın dəstək reytinqi ən minimum səviyyəyə enib

22:47 Bakıdakı qəzada yaralananların kimliyi məlum oldu

22:40 Meksikada güclü zəlzələ

22:33 Bakıda “ölümə gedən piyada” kameraya düşdü - Video

22:25 Musa Musayev saxlanıldı

22:19 Zərdüşt Əlizadənin ittihamlarına sərt reaksiyalar

22:11 Hövsanda zəncirvari yol qəzası baş verib

22:03 Mübariz Mənsimovun daha bir tankeri həbs olundu

21:55 “Qazprom” şirkəti “Türk axını”nın 2-ci xəttinin inşasına icazə alıb

21:48 Neftin bahalaşması qeyri-neft sektorunun inkişafını ləngidə bilərmi?

21:44 Dövlət İdarəçilik Akademiyasında faciənin 28-ci ildönümü qeyd edilib

21:40 İsmayıllıda ev quşları kütləvi şəkildə tələf olur

21:33 Fazil Məmmədovun ətrafında müəmmalı sükut

21:26 Dünya fond birjalarının dəyəri 81 trln. dollara çatıb

21:18 Fazil Məmmədovun tutdurduğu şairin vaxtından əvvəl azad edilməsi istənilir

21:10 “Məsələ namizədliyimin irəli sürülməsi deyil…”

21:02 Avropa İttifaqı Fələstini dövlət kimi tanımaq məsələsini müzakirə etməyəcək

20:56 “Sobesendik” qəzetinin yaradıcısı - azərbaycanlı jurnalist vəfat edib

20:49 Vəkilliyə namizədlərin imtahan vaxtı açıqlanıb

20:41 Türkiyədə ev alan azərbaycanlıların sayı kəskin artıb

20:34 Odessada atışma - Ölən var

20:26 Pele xəstəxanaya yerləşdirildi

20:19 Ermənistanda Rusiya vətəndaşı saxlanılıb

20:11 10 minə yaxın məhkumun cəzası yüngülləşdiriləcək

20:04 Donald Trampın verəcəyi ziyafətin bileti 100 min dollardır

19:57 Politoloq: “Hazırda Sarkisyanın bütün siyasi gedişləri...”

19:50 Beynəlxalq Enerji Agentliyi: ABŞ-da neft istehsalı böyük həcmdə artacaq

19:43 “Yol polisləri məni çox saxlayıb” - Qurban Qurbanov



ƏDƏBİYYAT

...

Mükafat alanlar, ədəbiyyatdan gedənlər, intihar edənlər...

Tarix 29.12.17, 10:18

Font ölçüsü : - / +
bitmap-img6

2017-ci ilin bitməyinə artıq sayılı günlər qaldı


Bu il Azərbaycan ədəbiyyatında nələr baş verdi? Hansı hadisələrə şahid olduq?

İtirdiklərimiz

Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə Kaliforniyada dünyasını dəyişdi.

Əməkdar artist Telman Əliyev ürək çatışmazlığından dünyasını dəyişib.

Xərçəng xəstəliyindən əziyyət çəkən Aşıq Ədalət (Ədalət Nəsibov) bu il gözlərini əbədiyyən yumdu.

Ağ ciyər xəstəliyindən əziyyət çəkən şair Yetim Eyvaz 65 yaşında vəfat edib.

Opera və Balet Teatrının solisti Qəndab Quliyevanın ölümü də mədəniyyətimizin ağır itkilərindəndir.

Bu il itirdiklərimiz arasında İlyas Tapdıq və Camal Yusifzadə də var.

Mövlud Mövludun intiharı - ilin ən dəhşətli hadisəsi deyə bilərik. Gənc yazıçı 2017-ci il martın 16-da gecə saat 02:00 radələrində yaşadığı 7-ci mikrorayon, Axundov küçəsindəki 17 mərtəbəli binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar etmişdi. Bu dəhşətli olay təkcə ədəbiyyat camesini deyil, bütün Azərbaycanı sarsıtdı. Yəqin ki, ilin ən travmatik hadisəsi kimi həmişə kədərlə xatırlanacaq. Mövlud Mövludu həmişə xatırladacaq daha bir hadisə isə onun “Çətirsiz” adlı kitabının çapı idi. Kitabda gənc yazıçının hekayələri toplandı. Bu həm də 28 yaşlı yazıçının ilk və son kitabı oldu.

Bu il ədəbiyyatımızda gözəl hadisələr də oldu. Kitablar çap olundu, mükafatlar qazanıldı, beynəlxalq festivallarda yazarlarımız iştirak etdi və s.

Bu il fərqlənən kitablar

Yazıçı Seymur Baycanın “Alatoran” yayınlarında “Gecikmiş hekayələr” kitabı nəşr olunub. Kitaba yazıçının son illər qələmə aldığı hekayələr toplanıb.

Nəriman Əbdürrəhmanlının “Taclı” romanı - “Qanun” nəşriyyatında çapdan çıxan əsər oxucuların marağına səbəb olub. Roman görkəmli dövlət xadimi Şah İsmayıl Xətai və onun həyat yoldaşı Taclı Bəyimin həyatından bəhs edir.

Zahir Sarıtorpağın “Dərdin sarı çəpkəni” kitabı - Üç romanın (“Dərdin sarı çəpkəni”, “Kül”, “Qarğa marşrutu”) yer aldığı kitab ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. 

Uzun müddət oxucuların intizarla gözlədiyi, ilin ən maraqlı kitablarından biri Salam Sarvanın “Heykəl tənhalığı” şeirlər kitabı oldu. “Heykəl tənhalığı”nı Salam Sarvan özünün ilk kitabı hesab edib və məşhur şeirlərinin bir neçəsini yenidən redaktə ilə oxucuların diqqətinə çatdırıb. Kitabın imza günü “Soyuq əllər, isti ürək” yarmarkasında keçirilib və böyük maraqla qarşılanıb. 1000 tirajla çapdan çıxan kitab tamam satılıb. 

Bircənin “Cəhənnəmdən qaçmış mələk” romanı - Kulis.azda hissə-hissə yayımlanan bu debüt-roman oxucuların diqqətini çəkib. Qadın mövzusunu ələ alan romanın müəllifi oxucular üçün qaranlıq qalıb. Kimliyinin gizli saxlanması, şəklinin olmaması da Bircəyə marağı birə-beş artırıb. 

"ATV Kitab" və "Hədəf Nəşrləri"nin yeni "Çağdaş nəsrin ustaları" seriyasından işıq üzü görən “Balıq gülüşü” Mübariz Örənin ilk kitabı oldu. Kitaba yazıçının hekayələri ilə yanaşı dərc olunan və oxucuların böyük rəğbətini qazanan “Ağ buludlar” romanı da daxildir. 13 iyul 2017-ci ildə Dövlət Gənc Tamaşaçılar Teatrında həmin kitab oxuculara təqdim olundu. Yazıçının çoxdan bəri gözlənilən kitabının təqdimatı teatr diliylə desək, böyük anşlaqla keçdi.

Ayxan Ayvazın “Buri”si - “Qanun” nəşriyyatında çap olunan kitabda gənc yazıçının 10 hekayəsi toplanıb. Aprelin 1-də, yazarın doğum günündə keçirilən təqdimat maraqla qarşılanmışdı. İmza günündə kitabların yanında bir dilim çörək qoyulmuşdu. Bunun səbəbi isə kitabın adı ilə bağlı idi. “Buri” gürcü dilində çörək deməkdir.

Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanı - Öz yaradıcılığında yeni mərhələ hesab etdiyi əsər müəllifin sayca üçüncü romanı oldu. “Qanun” nəşriyyatında çap olunan kitabların arasında bir neçə dəfə ayın ən çox satılan kitabı seçildi. Haqqında çoxlu yazılar yazıldı, müzkirələr keçirildi.

Gənc şair Hikmət Orhunun “Qadın qolları dövrü” adlı şeirlər kitabı  Yaradıcılıq Fondunun Kitabxanası seriyasından çap olundu. Kitab iyunun 10-da Gənc Tamaşaçılar teatrının önündə oxuculara təqdim edildi. 

Faiq Balabəylinin “Bayıldan bayıra”sı - Adından göründüyü kimi kitaba müəllifin məhbəs xatirələri daxildir. Buradakı hekayətlərin ən maraqlı tərəfi ondadır ki, yazıçı öz qəhrəmanlarını anlamağa, hətta bəzən də onlara haqq qazandırmağa çalışır.

Hədiyyə Şəfaqətin “Qapı”sı - Xanım yazarın ilk kitabı oktyabrın 1-də "BookZone" Kitab evində təqdim olundu. "Vektor" nəşriyyatında çap olunan kitaba müxtəlif mövzulu 94 şeir daxil edilib.

Bu il kitab sektoruna tanınmış jurnalistlər İlham Tumas və İlqar Rəsul da öz töhfələrini verdlər. “Dünyanın gizli ocağı: Vatikan” kitabına İlham Tumasın müxtəlif illərdə yazdığı bir-birindən maraqlı esseləri toplanıb. İlqar Rəsul isə “Getmə” romanı ilə oxucularının intizarına son qoydu. Romanın əsas mahiyyətində insanın psixoloji durumu, yaşadıqları, həyata, zamana münasibəti durur.

İlin tərcümələri

Seyfəddin Hüseynlinin tərcüməsində Culian Barnasın “Aqibət duyğusu” əsəri çap olundu. Əsər təkcə özünün orijinal təhkiyəsi, ehtiva etdiyi mövzu ilə deyil, tərcüməsi ilə də oxucuların diqqətindən yayınmadı. Keyfiyyətli tərcümələrə susamış Azərbyacan oxucusu üçün “Aqibət duyğusu” misilsiz hədiyyə oldu.

Qismətin tərcüməsində iki kitab - birinci kitab Vladimir Nabokovun "Rus ədəbiyyatından mühazirələr"dir. Bu kitabda dünya şöhrətli rus yazıçılarının bütün ədəbi-bədii yaradıcılığının geniş şəkildə təhlili və tənqidi toplanıb. Kitab Yaradıcılıq Fondunun kitabxanası seriyasından çap olundu.

İkinci kitab “Ədəbiyyatsız dünya” adlanır. “Alatoran” nəşriyyatında çapdan çıxan kitabda məşhur dünya yazarlarının ədəbiyyat və sənət məsələləri haqqında esseləri toplanıb. Hər iki kitabın çapı içində ədəbiyyat sevgisi daşıyan adamlar üçün əhəmiyyətli hadisədir.

Noyabrın 26-da "Yaşıl Elm" platformasının uzu zamandır üzərində işlədiyi "Təkamülə giriş" kitabının təqdimatı keçirildi. Təqdimat böyük maraqla qarşılandı, tədbirin keçirildiyi məkan insanlarla dolub-daşdı.
 
Bu, təkamül təlimi ilə bağlı Azərbaycan dilində olan ilk elmi-populyar kitabdır.

Yapon əsilli ingilis yazıçı Kazuo İşiquronun 2017-ci il Ədəbiyyat üzrə Nobel mükafatına sahib olmasından bir müddət sonra TEASpress nəşriyyatında yazıçının “Mən heç vaxt tərk etmə” romanı çap olundu. Kitabın tərcüməçisi İlahə Əkbərdir. TEASpress nəşriyyatında İlahə Əkbərin tərcüməsində daha bir kitab çap olundu: Pol Osterin “Qaranlıqdakı adam” romanı.

İlin sonuna yaxın daha bir əhəmiyyətli kitab oxucuların ixtoyarına verildi: Tanınmış din tarixçisi Karen Armstronqun "Mifin qısa tarixi" kitabı. TEASpress nəşriyyatında çapdan çıxan kitabın tərcüməçisi Yalçın İslamzadə, redaktoru Famil Cəfərlidir.

Azərbaycan Respublkasının Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzi də bu il fəaliyyəti ilə fərqləndi. Gənc şair və yazarların əsərlərindən ibarət “Yeni söz” almanaxı ilə yanaşı bir sıra məşhur yazaların əsərləri də dilimizə tərcümə olundu. İmre Kertezin “Talesiz”i, Yuri Tirofimovun, Stiven Kinqin seçilmş əsərləri və başqaları nəşr olundu.

“Aç mənəm” və ”Umberto Eco və Postmodernizm fəlsəfəsi” kitablarından sonra Nərmin Kamalın bu il “Küçədən Keçən Adam haqda yazılar” kitabı çap olundu. Kitaba yetmiş esse daxil edilb.

Əlamətdar hadisələr

İlin ən maraqlı hadisələrindən biri də beynəlxalq festivalda iştirak edən yazarlarla bağlı oldu. Gənc şairlər Fərid Hüseyn və Şəhriyar del Gerani Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Bəyoğlu Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən X Beynəlxalq İstanbul Şeir və Ədəbiyyat Festivalında iştirak etdilər. Festivala Türkiyədən 30, xaricdən isə 20 gənc şair və yazıçı qatılıb. Festivalın açılış mərasimində Şəhriyar del Gerani "Küçə uşaqlarına ithaf” şeirini Türkiyə türkcəsində səsləndirib. Fərid Hüseyn festival çərçivəsində Əhməd Həmdi Tanpınar Kitabxanasında keçirilən "Şeir akademiyası” panelində "Gənc şairlər şeirə necə başlamalı?” adlı müzakirədə iştirak edib. Türkiyəli məşhur şairlərin moderatorluğu ilə keçirilən paneldə Fərid Hüseynin çıxışı maraqla qarşılanıb. Şairlər həmçinin Türkiyənin ən böyük ədəbiyyat auditoriyasına ünvanlanan, yüksək tirajlı "Karabatak” ədəbi jurnalının redaksiyasında və Türkiyədə böyük yayım şəbəkəsi olan, klassik Şərq və Qərb ədəbiyyatı nümunələri, habelə çağdaş Türkiyə ədəbiyyatının seçkin imzalarının əsərlərini yayımlayan və nəşr prinsipiallığı ilə ad qazanmış "Şule” nəşriyyatında da görüşdə iştirak ediblər. Görüşdə qarşılıqlı əməkdaşlıq məsələlərinin bünövrəsi qoyulub.

Mirmehdi Ağaoğlunun beynəlxalq mükafatda qalib olması - Yazıçının “85-ci gün” hekayəsi Dialoq və Əməkdaşlıq uğrunda İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun dekabrın 20-də İranın Şiraz şəhərində keçirdiyi Birinci Qısa hekayələr müsabiqəsinin qalibi oldu. Müsabiqəyə adı gedən təşkilata üzv olan ölkələrdən mindən artıq hekayə təqdim olunmuşdu. Azərbaycanlı yazıçının bu qədər hekayə arasında 1-ci yer tutması böyük uğurdur.

Xatırladaq ki, Mirmehdi Ağaoğlunun eyni adlı hekayəsi bundan əvvəl 2016-cı ildə Azərbaycan Yaradıcılıq Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə keçirdiyi “Quran motivləri əsasında hekayələr” müsabiqəsinin qalibi olmuşdu.

AYB-nin binasında yerləşən “26-lar” kafesi ətrafında baş verənləri yəqin ki, ilin ədəbi qalmaqalı adlandırmaq olar. Kafenin bağlanmasından sonra AYB rəhbərliyinin bəyanatı və kafe ilə bağlı söz-söhbətlər bir müddət gündəmdən düşmədi.

Bu ilin ən çox müzakirə olunan ədəbiyyat verilişi “Xalqın şairi” müsabiqəsi oldu. Narazılar, sevinənlər, etiraz və təqdir edənlər...

Gündəmdə olan şeirlər

Hamımın ağlındakı imza: Elza Seyidcahan. Onun il ərzində yazdığı şeirlər xeyli müzakirələrə səbəb oldu.

İlin ən çox müzakirə olunan müəllifi - Bahar Zamanova oldu. Şeirləri sosial şəbəkələrdə əl-əl gəzdi. Oxucular müəllifin kimliyi ilə maraqlansalar da heç nə əldə edə bilmədilər. Görünür Bahar Zamanova 2018-ci  ildə də sirr olaraq qalacaq.

İlin ən maraqlı hadisələrindən biri - Cəlil Cavanşirin ədəbiyyatdan gedişi oldu. O, son kitabının satışından narazı qaldığını bildirən statusla ədəbiyyatdan getdiyini elan etdi. Xatırladaq ki, bu yaxında Cəlilin esselərindən ibarət “Sola dönmək qadağandır” adlı kitabı çıxmışdı.

P.S. Materialda yaddaqalan kitab, hadisə və tədbirlərin bir qismindən bəhs olunmuşdur. Bir məqalədə bütün ili tam əhatə etmək təbii ki, mümkün deyildir.    (kulis)

pia.az











Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ƏDƏBİYYAT

design-img

Vernisaj

“Piter Elçin”in qardaşını kim öldürtdürüb?

bitmap-img3

Rakurs

Ağciyər İnstitutunda budama əməliyyatında Oqtay Şirəliyev faktoru: Gənc kadrlar niyə hədəfdədir?

bitmap-img3

Seçmələr

Fazil Məmmədovun qudası işdən çıxarıldı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru