Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mühəndislik Universitetində pedaqoji ixtisaslara qəbul dayandırılıb


Azərbaycan Mühəndislik Universitetində bəzi ixtisaslara qəbul dayandırılıb


Bunu universitetin rektoru Havar Məmmədov deyib. Pedaqoji ixtisaslara qəbulun bu ildən dayandırıldığını deyən rektor bu gün ali məktəbdə həmin ixtisaslar üzrə xeyli təhsil alanların olduğunu qeyd edib və bildirib ki, onların təhsil müddəti bitdikdən sonra bu ixtisaslara qəbul olmayacaq.

 H.Məmmədov vurğulayıb ki, bu il üçün əsas qəbul mühəndislik ixtisasları üzrə aparılacaq: "Ölkədə həmin ixtisaslara texnologiya, istehsalat müəssisələrində böyük tələbat var. Belə yeni ixtisasların sayı 13-dür. Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi də hazırda ölkə üçün çox vacib sahədir. İnşaat profilli, inşaat mühəndisliyi, mexanika, maşın mühəndisliyi, istehsal proseslərinin avtomatlaşdırılması, sənaye mühəndisliyi, ekologiya mühəndisliyi kimi yeni ixtisaslar da açılır. Çünki bu gün ölkədə innovativ texnologiya və biliklərə malik olan mühəndislərə böyük tələbat var. Universitetdə iqtisadiyyat profili üzrə 6 ixtisasa da qəbul davam etdiriləcək”.

Rektor bağlanan ixtisaslar üzrə fəaliyyət göstərən əməkdaşların sonrakı taleyi barədə də danışıb. Onun sözlərinə görə, iqtisadi profilli olmayan müəllim heyəti 4 il işlərini davam etdirəcək: “Çünki bizim universitetdə təhsil 4 illikdir. Lakin ingilis dilli profili üzrə təhsil 5 il davam etdirilir. Təbii ki, gələcəkdə mühəndislik ixtisası üçün xarici dil bilikləri olan müəllimlərin biliyindən istifadə edəcəyik. Yeni ixtisasların tədrisində lazım olan kadrların cəlb olunması üçün Təhsil Nazirliyi ilə iş aparırıq. Burada xaricdə təhsil alıb ölkəyə qayıdan gənc mütəxəssislərdən, həm də digər ali təhsil müəssisələlərinin müəllimlərindən istifadə olunacaq. İlk vaxtlar onlar əvəzedici olaraq, yaxud saat hesabı ilə fəaliyyət göstərə bilərlər

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar