Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mühafizəçilər ekstremallara mane ola bilmədilər - Video

Heydər Əliyev Mərkəzinin mühafizəçiləri ekstremallara mane ola bilmədilər


Rusiyalı velosipedçi-ekstremal Aleksandr Nikulin həmkarı İrek Rizayevlə birlikdə Bakıda Heydər Əliyev Mərkəzinin divarlarını fəth etməyə çalışdıqlarının videogörüntülərini internetdə paylaşıb

Nikulin və Rizayev Rusiyada tanınmış idmançılardır və veloidmanın ekstremal növləri üzrə bir sıra yarışın qalibləridir. Özünün qeyri-adi dizaynı və iti bucaqlarının olmaması ilə Bakıdakı Heydər Əliyev Mərkəzi onların diqqətini cəlb edib.

“İrek Rizayevlə mən Bakıdayıq. Bu yaxınlarda Barselonada olmuşduq və deyə bilərik ki, Bakı daha gözəldir, - bunu Nikulin kameraya deyir. – Barselonada “spotlar” (idmanın ekstremal növləri ilə məşğul olmaq üçün yerlər) çox istifadə edilib və bu qədər cəlbedici deyillər”.

Bir neçə o qədər də uğurlu alınmayan cəhddən sonra rayderlərə Mərkəzin əməkdaşı yaxınlaşır və mühafizə xidmətini çağıracağı ilə hədələyir. Lakin ekstremalları bu qorxutmur. Onlar velosipedləri ilə Mərkəzin divarlarına dırmaşmaqda davam edirlər.

“Biz inanılmaz “spot”dayıq və indi maksimum proqramımız hər şeyi 15 saniyəyə edib qurtarmaqdır ki, mühafizəçilər gəlib qollarımıza qandal taxmasınlar, - Aleksandr Nikulin davam edir. – Onlar bunu bizə artıq söz veriblər. Buna görə də, ilk cəhddən zirvəni fəth etməliyik”.

Və rusiyalı ekstremallar qarşılarına qoyduqları vəzifənin öhdəsindən gəlirlər. Deyəsən. Bakını da əla əhval-ruhiyyədə tərk ediblər.

“Ümumiyyətlə. Bakı çox xoş, gözəl şəhərdir, sadəcə inanılmazdır. O. Rusiyadan uzaqda deyil, amma rusiyalılar anlamırlar ki, burada nələr baş verir. Memarlıq, insan amili və bütün digər anlamlarda bu bir beyin fırtınasıdır”, - idmançı vəcdə gəlir.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar