Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müğənnilərə bahalı maşınlarını nümayiş etdirmək, çarpayıda uzanıb oxumaq qadağan edildi

Özbəkistan müğənnilərinə bədənlərindəki döymə şəkil və yazıları, habelə bahalı avtomobillərini nümayiş etdirmək, yaxud çarpayıda uzanıb mahnı oxumaq bundan sonra qadağan ediləcək


Hökumət bu barədə qaydalarını son günlərdə elan edib.

Ölkənin musiqi sənayesinə nəzarət edən "Uzbekkonsert"in saytında dərc edilmiş yeni qaydalara görə bundan başqa kişi müğənnilərə “qadınsayağı geyinib bərbəzək asmaq” da qadağan olunur. "Uzbekkonsert" bildirir ki, musiqi videoklipləri xalqın mədəniyyətinə və ənənələrinə uyğun olmalı, dinləyici və tamaşaçılara yüksək dəyərlər, vətənpərvərlik aşılamalıdır.

Bu qaydaları pozanlar onlara ifaçılıqla məşğul olmaq icazəsi verən lisenziyalarını itirəcəklər. Qaydaların “nalayiq hərəkətlər” adlı bölümü 13 maddədən ibarətdir.Bunlara bahalı maşın və malikanələrin nümayiş etdirilməsi, “ədəbsiz rəqs hərəkətləri” və “açıq-saçıq” geyimlərə qoyulan qadağanlar daxildir.

AzadlıqRadiosunun müxbiri Farangiz Najibullah yazır ki, dünyanın ən populyar musiqi videosu - Luis Fonsi və Daddy Yankee-nin Despacito klipinə indiyədək az qala 5 milyard dəfə baxılıb, amma o yeni qaydalarla Özbəkistanda çıxış edə bilməzdi.Pop müğənnisi Bruno Mars 2017-ci ildə 6 Grammy mükafatı alıb, amma onu Özbəksitanda heç səhnənin yanına da buraxmazdılar.

Yeni qaydalar özbək müğənnilərə çarpayıda, özbəkcə deyilsə “yonboş” uzanıb mahnı oxumağı qadağan edir. "Uzbekkonsert"in etik normalarına görə musiqi klipləri “tənbəl həyat tərzini, utanmazlığı və eyş-işrəti” təbliğ etməməlidir. Əlbəttə, qaydalar terrorizmin, narkotiklərdən istifadənin və içki düşgünlüyünün təbliğini də qadağan edir.Yeni qaydalarda mahnıların dini və etnik hissləri qızışdırmaması tələb olunur.

Habelə  dövlət simvollarından – bayraq, gerb və prezidentin portretindən məsiliyyətsiz istifadə qadağandır."Uzbekkonsert" bundan əvvəl prezidenti mədh edən mahnıların oxunmasını qadağan etmişdi.Təşkilat 2017-ci ilin iyununda bəyan etmişdi ki, “dövlət başçısına musiqi klipləri həsr etmək qeyri-etik hərəkət” sayılacaq.

Dilfuza İsmoilova prezidenti mədh etdiyinə görə tənqid edilmişdi

Uzbekkonsertin bu qadağanı konkret olaraq müğənni Dilfuza Saidovanın musiqi videosu ilə bağlı idi. Özbəkistanın yeni prezidenti Şavkat Mirziyoyevə həsr edilmiş həmin mahnıda dövlət başçısı “sultan” adlandırılırdı.İndi artıq YouTube saytından silinmiş o videodakı mahnıda Mirziyoyevin “Allahın Yerdəki kölgəsi” olduğu deyilirdi.

Özbəkistan Mədəniyyət Nazirliyinin adının çəkilməsini istəməyən rəsmisi AzadlıqRadiosunun Özbək xidmətinə deyib ki, musiqi videolarına yoxlama-baxış keçirilməsi üçün fevralın 12-dən etibarən 15 nəfərlik komissiya tərtib edilib.Bu rəsmi bildirib ki, yeni qaydalar özbək mədəniyyətinin təbliği və əksinə Qərb təsirinin önlənməsi üçün tətbiq olunur.

Özbəksitan musiqiçiləri və sənətçiləri yeni qaydalara qarışıq reaksiya veriblər.Məşhur Zokirovlar musiqi sülaləsinin nümayəndəsi Cavohir Zokirov deyib ki, “incəsənətdə məhdudiyyətlərin qoyulması yaxşı bir iş deyil”.Sovet zəmanəsinin pop sənətçisi Botır Zokirovdan başlanan sülaləyə məşhur Yalla qrupunun başçısı Farrux Zokirov da daxildir.

Lakin yeni qaydalardan ən çox təsirlənə biləcək ailə üzvü Amerikada yaşayan Nargiz Zokirovadır.Cavohir Zokirov deyib ki, Nargizin sənətini onun bədənindəki döymə şəkillərə görə rədd etmək absurddur.Amma Özbəkistanın tanınmış tənqidçilərindən Akmal Rizayev hökumətin qərarında müsbət aspektlər gördüyünü bildirib.Onun fikrincə, yeni qaydalar narkotik və alkoqolun səhnədə tərənnüm edilməsinə son qoyacaq.

O deyir ki, o, həm də dövlət atributlarından sui-istifadənin qadağanını alqışlayır. Tənqidçinin fikrincə müğənni Dilfuzanın mədhiyyəsi “hoqqabazlığın nümunəsidir və əlbəttə belə şeylər qanunlarla qadağan olunmalıdır”.

Müğənni Aziza Niyozmetova qoluaçıq paltarda oxuduğuna görə xəbərdarlıq alıb

AzadlıqRadiosu yazır ki, yeni qaydalar olmadan da özbək müğənnilər illər boyu məhdudiyyətlərlə üzləşiblər.2016-cı ildə pop müğənnisi Aziza Niyazmetovaya rəsmi xəbərdarlıq edilmişdi. Buna səbəb onun videoklipə qolsuz paltarda çəkilməsi olmuşdu.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Ən çox oxunanalar