Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müğənni Təranə Qumral həbs edilə bilər


Müğənni Təranə Qumral azadlıqdan məhrum edilə bilər


Bu barədə Lent.az-a müğənni Nazəninin vəkili Heyrat Qarayev xəbər verib:

Bakı Apelyasiya Məhkəməsinin 2 qətnaməsi mövcuddur. Hər iki qətnamədə qeyd olunur ki, İbrahimova Təranə Xeyrulla qızı Salayeva Nazəninə 500 manat pul ödəməlidir. Bundan başqa Nazənin xanımdan üzr istəməli, barəsində dediklərinə təkzib verməlidir. 

Digər qətnamədə də göstərilir ki, cavabdeh şəxs, İbrahimova Təranə Nazənin xanımın həyat yoldaşı Məhəbbət bəyə 3 min manat təzminat ödəməli və onun barəsində dediyi fikirləri də təkzib etməlidir. İcra şöbəsində bu məhkəmə qətnaməsi icradadır. İcra məmuru ilə əlaqə saxladıq, həmçinin, Ədliyyə Nazirliyinin rəhbərliyinə rəsmi müraciət olundu. Məhkəmə qətnaməsindən İbrahimova Təranə yayınır. Ədliyyə Nazirliyi tərəfindən bu məsələ nəzarətə götürüldü. Qısa müddət ərzində 3500 manat pul Nazənin xanım və onun həyat yoldaşı Məhəbbət bəyə ödənilməsi təmin edildi. Əlavə olaraq, Təranə İbrahimova barəsində qanuna müvafiq ölçü götürüldü. O, açıq-aşkar icra şöbəsində izahat yazaraq məhkəmə qətnamələrini icraatından yayındığını bildirib. Yəni icra etməyəcəyini deyib. O, əvvəl icra məmurunun qanun tələbini yerinə yetirmədiyi üçün İnzibatı Xətalar Məcəlləsinin 528-ci maddəsinə əsasən 1000 manat cərimə edilib. Cərimə olunandan sonra icra məmuru tərəfindən rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, Təranə İbrahimova bu istiqamətdə heç bir addım atmayıb. Artıq bir neçə gün öncə icra şöbəsindən Təranə İbrahimovaya rəsmi qaydada müraciət olunub. Qısa müddətdə məhkəmə qətnaməsi üzrə tələbləri tam təmin etmədiyi halda o, Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə məsuliyyətə cəlb olunacaq. Bu maddədə göstərilir ki, həmin şəxs 3 il müddətində azadlıqdan məhrum edilə bilər ”.
 
Vəkil onu da əlavə edib ki, məhkəmə qərarına əsasən Təranə Qumral ölkədən kənara çıxa bilməz:  “Onun ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə Nərimanov Rayon Məhkəməsində qərardad qəbul edilib. Bu qərar da zəruri idi".
 
Qeyd edək ki, T.Qumralla Nazənin arasında qalmaqal “ANS”-in “Bazar səhəri” verilişində başlayıb. Belə ki, Nazənin canlı efirə zəng edərək, Təranə Qumrala “Səni ərimlə tutdum” demişdi. T.Qumral isə öz növbəsində Nazənin barəsində bir xoş olmayan ifadələr işlətmişdi. Buna görə də Nazənin məhkəməyə müraciət etmişdi. Nazənin məhkəmədə həyat yoldaşının müğənni Təranə Qumralla intim münasibəti olduğunu sübut etmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Ən çox oxunanalar