Çərşənbə, 17 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müğənni Damlanın “YouTube” kanalı silindi


Azərbaycanın tanınmış ifaçısı Damlanın "Youtube” kanalı silinib


Unikal.org  xəbər verir ki, ifaçı bu işdə güvəndiyi, "Youtube”a aid bütün işlərini həvalə etdiyi Rafiz Cəfərzadəni günahlandırır.

Bundan əlavə ifaçı iddia edir ki, Rafiz ona verilən etibarnamədən sui-istifadə edib, çünki ifaçı ona rəsmi qaydada etibarnamə verib.

"Bəli, Rafiz Cəfərzadə mənim rəsmi "Youtube” kanalımı silib. Bu günə kimi mənim kanalımdan gələn gəlirdən xəbərim belə yox idi. Heç bu barədə ona bir kəlmə də demirdim, fikirləşirdim əziyyət çəkir halal xoşu olsun.

Bir neçə gün öncə dedim ki, Rafiz "Youtube” kanalımın şifrəsini ver, işdən kənarlaş, bu günə kimi nə qazanmısan halalın olsun. Ya da mənə aylıq ödəniş gələndə bundan mənim də xəbərim olsun. Gördüm Rafiz bununla razılaşmır və sərt şəkildə etiraz edir.

Məcbur olub polisə şikayət edəcəyimi dedim, gördüm yenə fikrimi izah edə bilmirəm. Rafiz bildirdi ki, əgər polisə müraciət etsəm o zaman kanaldakı mahnıları siləcək. Və belə də oldu. Mən polisə müraciət etdim, o da kanalı bir gün içində yox etdi, adını dəyişdi, mahnılarımı sildi.

Təbii ki, mən hüquq-mühafizə orqanlarına müraciət etmişəm, bu oğurluq cavabsız qalmayacaq, əminəm. Ancaq mənim kimi ona inanıb, öz işini həvalə edən sənət dostlarıma səslənirəm ki, eyni səhvi etməsinlər və bu şəxsi yaxşı tanısınlar”.

Qeyd edək ki, kanaldakı videoların ümumi baxış sayı 35 milyondan çox idi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Bu yay ulduz kimi parlayacaq BÜRCLƏR açıqlandı - Sevgi, pul, toy...

Vətəndaşların nəzərinə: Sabah bəzi ərazilərdə qaz olmayacaq

Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb

Ən çox oxunanalar