Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Muğam müsabiqəsinin münsifləri açıqlandı


Canəli Əkbərov siyahıda yoxdur


"Hər müsabiqəmizdə  tamaşaçılarımıza yeni səslər təqdim edirik. İşin maraqlı tərəfi də budur. Hər dəfə biz elə düşünürük ki, görəsən, yenə də yeni səslər gələcəkmi? 

Amma Azərbaycan xalqının potensialı o qədər böyükdür ki, bu il əvvəlkilərindən daha fərqli ifa tərzinə sahib olan gəncləri görürük. Müsabiqəyə bu il ötən dəfəkindən daha çox iştirakçı qatılmışdı.  Respublika üzrə haradasa, 400-dən çox ifaçıya qulaq asmışıq. Onların içindən turları adlaya-adlaya ilk iyirmiliyi seçmişik. Aralarında çox gözəl səs sahibləri var. İyirmilik müxtəlif yaş qruplarında olan 10 qız, 10 oğlan iştirakçıdan ibarətdir”.

Axşam.az-ın məlumatına görə, bunu Modern.az saytında açıqlamasında  “Muğam televiziya müsabiqəsi”nin münsiflərindən olan xalq artisti, xanəndə Mənsum İbrahimov bildirib. 

Qeyd edək ki, bir neçə gün bundan öncə “Muğam 2017” VI “Muğam Televiziya Müsabiqəsi”nin seçim turları başa çatıb və ölkənin müxtəlif yerlərindən 20 iştirakçı əsas mərhələyə vəsiqə qazanıb.

VI “Muğam televiziya müsabiqəsi”nin iştirakçıları bunlardı:

Almaxanım Əhmədli, Nərgiz Nuriyeva, Gülər Babayeva (Bakı), Arzu Mahmudova (Ağcabədi), Atlas Mehdiyeva (İmişli), Rəvanə Əmiraslanlı (Gəncə), Səma Sultanova (Xocavənd), Nüşabə Kərimova (Zəngilan), Türkan Orucova, Çinarə Alıyeva (Sumqayıt), Məcid Asri (İran İslam Respublikası), Pərviz Qasımov, Valid Abdullayev, Vüsal Cəfərov (Ağdam), Məftun Məmmədov (Zərdab), Fərhad Ramazanov (Lənkəran), Mirəli Sarızadə, Taleh Hüseynli (Beyləqan), Nurlan Namazov (Goranboy) və Qənbər Axundov (Laçın) müsabiqəyə vəsiqə qazanıb.

Mənsum İbrahimov hesab edir ki, bu dəfəki müsabiqə də Azərbaycan muğamının inkişafına təkan verəcək:

“Hesab edirəm ki, bu dəfəki müsabiqədə də maraqlı ifalar, gözəl çıxışlar olacaq. Tamaşaçılar da razı qalacaq və nəticədə muğamımızın inkişafına təkan olacaq. 

Seçim turlarında kifayət qədər diqqətli olmağa çalışırdıq. O səbəbdən də gərgin qrafikdə çalışırdıq. Saat 12-də başlayıb, axşam saat 7-8-də bitirirdik. Amma zəhmətimizə dəyər. Mən tamaşaçıları əmin edirəm ki, çox yaxşı ifaların şahidi olacaq, güclü səsləri tanıyacaqlar. Bu üç ay yarımda həmin səs sahibləri də onların gözləri qarşısında yetişəcəklər”.

Qeyd edək ki, müsabiqənin münsiflər heyətinin tərkibinə xalq artisti Canəli Əkbərov da düşməyə can atırdı və onun bu istəyi qalmaqala səbəb olmuşdu. Belə ki, xalq artisti Canəli Əkbərov müsabiqənin münsiflər heyətinin tərkibinə qatılmaq istəsə də, digər münsiflər - xalq artistləri Mənsum İbrahimov, Səkinə İsmayılova, Arif Babayev, Əlibaba  Məmmədov, Sərdar Fərəcov ona etiraz ediblər. 

Bildiriblər ki, Canəli Əkbərova münsiflər arasında yer verilsə, aləm qarışacaq, ifaçılara qarşı qərəzli çıxışlar edəcək, tez-tez dava düşəcək. Elə bu səbəbdən də tərəflər arasında başlayan söz davası əməlli-başlı qalmaqala səbəb olmuş və Canəli Əkbərov adları çəkilən həmkarlarının ünvanına təhqirlər səsləndirmişdi.

Xatırladaq ki, mərhum xalq artisti Ağaxan Abdullayev vəfat etdiyindən "Muğam televiziya müsabiqəsi"nin münsiflər heyətində bir yer boşalmışdı. 

Artıq mərhum Ağaxan Abdullayevi münsiflərdə kimin əvəz edəcəyi dəqiqləşib. Bu, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi olacaq.

Ondan başqa münsiflər heyətində xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov və "Mədəniyyət" telekanalının direktor müavini Nadir Axundov təmsil olunacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar