Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müflis olan 11 sahibkar prezidentə müraciət etdi: “Bizi xilas edin...”


Sumqayıtın Dənizkənarı Bulvarının tikintisini həyata keçirən 11 sahibkar:


“Sizdən çox xahiş edirik ki, biz 11 sahibkarın tamamilə müflis olmasına imkan verməyəsiniz və bu vəziyyəti yaradan vəzifəli şəxslərin cəzalandırılmasını təmin edəsiniz. Bizi xilas edin möhtərəm prezidentimiz. Artıq tək ümid yerimiz Sizsiniz”.

Sumqayıtın Dənizkənarı Bulvarının tikintisində iştirak edən və təqribən 1 il əvvəl tikinti işlərini ən yüksək səviyyədə başa vurub təhvil verən, buna baxmayaraq hələ də bulvarın tikintisinə çəkdikləri xərcləri geri ala bilməyən və bu üzdəndə müflis olan 11 sahibkar Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciət edib.

Xatırladaq ki, bir neçə gün əvvəl rastlaşdıqları anormal vəziyyətlə bağlı 11 sahibkar MilliYol.az-ın redaksiyasına gələrək öz problemlərini anlatmışdılar. Aşağıdakı linkdə məmur özbaşınalıqları və dələduzluğu ilə üz-üzə gələn sahibkarların  şikayətini oxuya bilərsiniz:

Bu gün isə Sumqayıtın Dənizkənarı Bulvarının tikintisinə sərmayə qoyan və sonradan pullarını geri ala bilməyən 11 sahibkarın Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə müraciəti redaksiyamıza daxil olub.

Müraciətdə deyilir:



“Çox hörmətli möhtərəm prezidentimiz!

Yəqin 27.09. 2016-cı ildə Sumqayıt şəhərində Dənizkənarı Bulvarının açılış mərasimini xatırlayırsınız. Açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov görülmüş işlər barədə Sizə ətraflı məlumat verdi. Lakin Zakir Fərəcovun Sizə demədiyi bir şey vardı. İcra başçısı Sumqayıt Dənizkənarı Bulvarının biz aşağıda imza edən sahibkarların pulu ilə tikdiyini sizə demədi. 



Çox möhtərəm prezidentimiz!

Məlumat üçün bildirək ki, 2016-cı ilin fevral ayında Sumqayıt şəhərində həyata keçirilən yenidənqurma-abadlıq işlərinin bir hissəsi olan Sumqayıt Dənizkənarı Bulvarın tikintisini iş adamı Verdiyev Müqayis Cəmil oğluna həvalə etdi. Öz növbəsində Müqayis Verdiyev də bizləri toplayraq 11 milyondan artıq olan bu layihəni bizimlə həyata keçirmək istədiyini dedi və biz də razı olduq. Hər kəsin işi bölündükdən sonra məlum oldu ki, podratçı sifətində çıxış edən Müqayis Verdiyevlə sifarişçi Sumqayıt şəhər İcra Hakimiyyəti arasında müqavilə yoxdur. Onda Müqayis Verdiyev bizə dedi ki, Zakir müəllim ona söz verib ki, tikinti başa çıtdıqdan sonra çəkdiyimiz xərclər bizim hesabımıza köçürüləcək. Buna baxmayaraq biz müqavilə tələb etdikdə isə  Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Fəzail Hüseynov bizə bildirdi ki, o, icra hakimiyyətinin rəsmisi kimi tikinti bitdikdən sonra sərf etdiyimiz vəsaitlərin bizim hesabımıza köçürüləcəyinə zamin durur. Fəzail Hüseynov bizə bildirdi ki, Dənizkənarı Bulvarın tikintisi və vaxtında ən yüksək səviyyədə təhvil verilməsi çox önəmlidir. Çünki Siz, möhtərəm prezidentimiz bulvarın açılışında bilavasitə iştirak edəcəksinz.



Hörmətli prezidentimiz!

Açığı məhz Sizin adınız keçdiyinə görə biz Sumqayıt Dənizkənarı Bulvarının tikintisini öz vəsaitimizlə tikib təhvil verməyi üzərimizə götürdük. Gecə-gündüz demədən çalışıb vaxtında Sumqayıt Dənizkənarı Bulvarını ən yüksək səviyyədə təhvil verdik. Açılışda iştirak edərkən Siz özünüz də bizim gördüyümüz işlərlə bilavasitə tanış oldunuz.

Sizin iştirakınızla baş tutan açılışdan sonra biz Fəzail Hüseynovun yanına gedib pulumuzu istədik. O da dedi ki, bir ay müddətində pullar bizim hesabımıza keçəcək. Lakin bir müddət sonra bulvarın tikintisində podratçı sifəti ilə çıxış edən Müqayis Verdiyevin həbs olunuduğunu eşitdik. Bundan sonra isə Fəzail Hüseynov bizə bildirdi ki, gedin pulunuzu Müqayis Verdiyevdən alın.

bitmap-img6

Möhtərəm prezidentimiz!

Müqayis Verldiyev öz növbəsində bildirir ki, bulvarın tikintisinə 11 milyon xərc çəkilib. Lakin ona İcra Hakimiyyəti tərəfindən 3 milyon manat verilib və bu pullarda əsasən nəqliyyata və fəhlələrə sərf olunub. 

Aradan keçən 11 ay müddətində biz, müflis olmuş 11 sahibkar bütün dövlət qurumlarına müraciət etmişik. Lakin bizi dinləyən əlaqədar qurumlar yenidən Sumqayıt İcra Hakimiyyətinə, konkret olaraq Memarlıq və Tikinti şöbəsinin müdiri Fəzail Hüseynovun üstünə yönləndirirlər. Fəzail Hüseynov isə bizi demək olar ki, qapıdan qovur. Bizi həbs etdirəcəyi ilə hədələyir və hətta fiziki təhdidlər yağıdırır.

Məlumat üçün bildirək ki, Fəzail Hüseynovla görüşlərin birində o bizi təhdid edərək dedi ki, “Sizin ağırlığınızda qızılım var. Başınıza oyun açaram. Heç kimdə mənə heç nə edə bilməz”. Onun bu sözlərinə etiraz edən həmkarımız Aydın Abdullayevi polis çağıraraq həbs etdirdi. Ancaq uzun mübahisələrdən sonra Aydın Abdullayevi sərbəst buraxdılar.



Hörmətdi prezidentimiz! 

Sözün düzü biz Müqayis Verdiyevin həbsini bir komplo olaraq görürük. Çünki bizdə olan məlumata görə sənədlərdə Sumqayıt Dənizkənarı Bulvarının podratçısı tamamilə başqa şirkətdir. Bizdə olan məlumata görə Sumqayıt Dənizkənarı Bulvarının tikintisi ilə bağlı Sizin ayırdığınız vəsaitlər Sumqayıt İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin müdiri Fəzail Hüseynovun qohumunun adına olan MMC-yə köçürülüb və daha sonra bizim gördüyümüz işlərin qaimələri əsasında həmin vəsaitlər nəqdləşdirilərək mənimsənilib. 

Onu da qeyd edək ki, görülən işlərlə bağlı bizim hər birimizin əlində onlarla, yüzlərlə qaimələr var. Lakin indi həmin qaimələri Fəzail Hüseynov boş kağız parçası hesab edir. Biz isə hesab edirik ki, məhz bilinməyən bir MMC-nin hesabına köçürülən və mənimsənilən pulların izini itirmək, eyni zamanda bizim halal pullarımızı verməmək məqsədi ilə Müqayis Verdiyev həbs olunub. 

Картинки по запросу Sumqayıt Dənizkənarı Bulvarının açılışı
Çox möhtərəm prezidentimiz!

Biz bilirik ki. Siz həmişə sahibkarlara qarşı xüsusi diqqətlə yanaşmısınız. Hər zaman sahibkarların müdafiəçisi kimi çıxış etmisiniz. Sizdən çox xahiş edirik ki, Sumqayıt Dənizkənarı Bulvarın tikintisinin araşdırılması ilə bağlı göstəriş verəsiniz. O zaman həqiqət özü-özünə ortaya çıxacaq. Kimlərin Sizin ayırdığınız vəsaitləri bilinməyən şirkətin hesabına keçirdiyi və Müqayis Verdiyevi həbs etdirdiyi və bizi müflis etdiyi, ən əsası kimlərin sizə xəyanət etdiyi, kimlərin dövlət vəsaitini mənimsədiyi bəlli olacaq. 

Sizdən çox xahiş edirik ki, biz 11 sahibkarın tamamilə müflis olmasına imkan verməyəsiniz və bu vəziyyəti yaradan vəzifəli şəxslərin cəzalandırılmasını təmin edəsiniz. Bizi xilas edin möhtərəm prezidentimiz. Artıq tək ümid yerimiz Sizsiniz.

Dərin hörmətlə və böyük ümidlə:

1. Abdullayev Aydın Əzizalı oğlu, təqdim etdiyim “üzlük (aqlay) daşı” əvəzində 119 532,5 manat pul vəsaitimi ala bilməmişəm.

2. Ənnağıyev Bəxtiyar Tapdıq oğlu, təqdim etdiyim mal-material (kabel, taxta, şlanq, dəmir ayaqaltı) əvəzində 25145 manatpul vəsaitimi, eləcə də təqdim etdiyim 13 nəfərdən ibarət işçi qüvvəsinə çatası 10 270 manat məbləğində əmək haqqlarını ala bilməmişəm.

3. Piriyev Bilal Bayram oğlu, təqdim etdiyim “atsep, üzlük (aqlay) daşı, qum əvəzində 98 339,5 manat pul vəsaitimi ala bilməmişəm.

4. Mansurov Çingiz Əfraim oğlu, təqdim etdiyim “ beton qarışığı” əvəzində 244 330 manat, eləcə də Sumqayıt şəhərində quraşdırılmış dövlət bayrağının daşınması xərclərini təşkil edən 4000 manat pul vəsaitimi ala bilməmişəm.

5. Qarayev Elçin Məhəmmədəli oğlu, təqdim etdiyim “üzlük (aqlay) daşı” əvəzində 36300 manat pul vəsaitimi ala bilməmişəm.

6. Abbasov Eyvaz Musa oğlu, təqdim etdiyim  “məftildən betonaltı tor” əvəzində 198 600 manat, eləcə də Sumqayıt şəhərində quraşdırılmış dövlət bayrağının trostunun dolaşığının açılması xərclərini təşkil edən 3 000 manat pul vəsaitimi də ala bilməmişəm.

7. Qasımov İsa Umudvar oğlu, təqdim etdiyim “üzlük (aqlay) daşı” əvəzində 136 500 manat pul vəsaitimi ala bilməmişəm.

8. Əsgərov Məhəmməd Abbasqulu oğlu, təqdim etdiyim “tamet daşı” əvəzində 176 924 manat, eləcə də Sumqayıt şəhərinə dövlət bayrağının alınması üçün məndən alınmış 40 000 ABŞ dolları məbləğində pul vəsaitimi ala bilməmişəm.

9. Abbasov Rəşad Haşım oğlu, təqdim etdiyim “üzlük (aqlay) daşı” əvəzində 35 600 manat pul vəsaitimi ala bilməmişəm.

10. Rzayev Zöhrab Rafiq oğlu təqdim etdiyim ( “Keystone” MMC-yə məxsus) “lamet daşı” əvəzində 258 280 manat, eləcə də 1 ədəd avtokarın icarə haqqı olan 6 000 manat pul vəsaitini ala bilməmişəm.

11. Məmmədov İlham Musa oğlu, təqdim etdiyim “ağaclar, güllər, ot örtüyü” əvəzində 279 400 manat pul vəsaitimi ala bilməmişəm”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar