Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müəllimlər işə imtahansız da qəbul ola biləcəklər


Azərbaycanda bəzi ümumtəhsil müəssisələrinə müəllimlərini işə müsabiqədənkənar qəbul etmək hüququ verilib.


Trend-in məlumatına görə, bunu jurnalistlərə Təhsil Nazirliyi İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib.

E.Bağırov qeyd edib ki, həmin müəssisələrin siyahısı artıq təsdiqlənib. Sayı 10-dək olan müəssisələrin hamısı Təhsil Nazirliyinin tabeliyindədir.

Onun sözlərinə görə, həmin müəssisələr müəllimi müsabiqədənkənar qəbul etmək imkanına malik olsalar da, namizədin təyinatını Təhsil Nazirliyi ilə razılaşdırımalıdırlar. Seçilmiş müəssisələr respublikada ən yüksək akademik göstəricilərə malik olanlardır: “Bu müəssisələrə işə qəbul olmaq istəyən müəllimlər üçün mərkəzləşdirilmiş imtahanda iştirak etməyə ehtiyac yoxdur. Sadəcə olaraq, həmin namizadlərin siyahısı nazirliyə təqdim olunacaq və onlar müvafiq komissiya tərəfindən araşdırılacaq. Gələcəkdə TN yüksək akademik göstəricilərə malik olan, amma nazirliyin tabeliyində olmayan müəssisələrə də belə bir səlahiyyətin verilməsi məsələsinə baxa bilər. Məktəblərin akademik göstəricilərinə müxtəlif olimpiadalarda, yarışlarda yüksək nəticə əldə etmə və s. aiddir. Bu müəssisələrə işə qəbul olmaq istəyən müəllimlər üçün işə qəbul üzrə qoyulan tələblər digər məktəblərdən daha yüksək olacaq. Həmin namizədlər sözsüz ki, imtahanda ən yüksək bal toplayanlar olmalıdırlar. Namizədin yalnız müsabiqədə yüksək bal toplaması tələb olunmur”.

E.Bağırov qeyd edib ki, yeniliklərdən biri də peşə müəssisələrinə qəbulla bağlıdır. Onun sözlərinə görə, əvvəlki illərdə peşə təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlərin işə qəbulu birbaşa müsabiqə yolu ilə həyata keçirilirdi və müsabiqədə iştirak edərək müvafiq balı toplayanların təyinatı TN tərəfindən verilirdi: “Bu il isə bir qədər fərqli olacaq. Bu il isə peşə müəssisələrinə işə qəbul 2016-cı ildə yaradılan Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən aparılacaq”.

E.Bağırov əlavə edib ki, peşə müəssisələrinə qəbul olacaq müəllimlər test imtahanında müvafiq balı toplayan nazmizədlər arasından seçiləcək.

Nazirlik rəsmisi qeyd edib ki, müəllimlərin işə qəbulu ilə bağlı edilən digər yeniliyə görə, müəllim test imtahanında müvafiq keçid balı toplasa da, amma işlə təmin olunmursa, onun balı bir il qüvvədə saxlanılacaq və müsabiqə zamanı nəzərə alınacaq. Həmin namizədlər test imtahanından azad olunaraq vakansiya seçmək mərhələsinə buraxılacaqlar: “Ötən il rekord sayda - 27 min müəllim işə qəbul üzrə imtahanlarda iştirak edib. Onlardan keçid balını- 36 baldan çox toplayanların nəticəsi qüvvədə saxlanılır. Bu qədər bal toplayanlar bu il imtahan vermədən birbaşa vakant seçimdə iştirak edə biləcək. Ötən il 48 baldan yuxarı nəticə göstərənlərin sayı 5 mindən yuxarıdır. Amma keçid balını-36 balı toplayanların sayı ilə bağlı dəqiq məlumat yoxdur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar