Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müəllimlər Təhsil Nazirliyindən dövlət başçısına şikayət edib


Sumqayıt şəhərində fəaliyyət göstərən 11 nömrəli tam orta məktəbin inklüziv təhsil üzrə bir qrup müəllimi Azərbaycan prezidenti İlham Əliyevə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya, Maliyyə naziri Samir Şərifova, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova, Təhsil naziri Mikayıl Cabbarova və digər aidiyyəti qurumların rəhbərlərinə müraciət ediblər


Şikayətçilər bildirirlər ki, Təhsil Nazirliyi tərəfindən dövlət başçısımızın sərəncamlarına, tapşırıq və göstərişlərinə biganə münasibət göstərilir, ölkə qanunlarına məhəl qoyulmur, müraciət müəlliflərinin əmək və digər hüquqları kobudcasından pozulur və 4 aylıq əmək haqqı borclarını ala bilmirlər.

8 nəfərin imzası ilə (T.S.Nəsirova, A.Q.Mirzəyeva, A.N.Tağıyeva, L.M.Rzayeva, N.M.Kərimli, A.E. Əşrəfova, X.K.Namazova, Z.Ə.Kamilova) Reyting.az-a göndərilən müraciətdə yazılır ki, Sumqayıt şəhərində inklüziv təhsil pilot layihə kimi 2005-ci ildən 11 №li tam orta məktəbdə tətbiq edilir.

Bu layihəyə müddətsiz müqavilə ilə işə qəbul edildiklərini yazan müəllimlər bildirirlər ki, bu günə kimi onlarla əmək münasibətləri davam etdirilir:

"2016-cı ildən başlayaraq Təhsil Nazirliyinin yüksək vəzifəli məmurlarının inklüziv layihə müddətinin 8 il əvvəl - 2009-cu ildən başladığını iddia etmələri çox gülüncdür. İnklüziv layihənin müddəti 2009-cu ildə bitmişdisə, cənab Mikayıl Cabbarov 2013-cü ldə Təhsil naziri təyin olunandan sonra inklüziv layihəyə 8 nəfər yeni işçi necə qəbul edilib?”

Ümummilli lider Heydər Əliyevin Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə inklüziv təhsilin müstəsna əhəmiyyətə malik olduğunu yazan müəllimlər qeyd ediblər ki, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (inklüziv təhsil) haqqında” AR Qanunu da məhz 2001-ci ildə qəbul edilib:

"Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı Prezident İlham Əliyev də xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkilinə əlverişli zəmin yaradıb. Cənab İlham Əliyevin 29.12.2012-ci il tarixli 800 №-li Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqlar üçün müxtəlif inkişafetdirici və inklüziv təhsil proqramlarının tətbiqi göstərilib.

Həmçinin, Prezident İlham Əliyevin 24.10.2013, 19.01.2015-ci il tarixli 13 №-li və 995 №-li sərəncamları əsasında "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət planları hazırlanıb. Hər iki fəaliyyət planında inklüziv təhsilə xüsusi önəm verilib.

2015-ci il tarixli Fəaliyyət Planının 1.4-cü bəndi, 2015-2023-cü illərdə inklüziv təhsilin inkişafı üçün Dövlət Proqramının təsdiqi də maliyyə vəsaitinin ayrılmasını xüsusi qeyd edir”,-yazan təhsil işçiləri vurğulayıblar ki, buna baxmayaraq, Təhsil Nazirliyinin bəzi məmurları dövlət başçısının Fərman və sərəncamlarına əhəmiyyət verməyərək Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə gah layihə müddətinin bitməsini, gah da ştatların qanunsuz artırılmasını iddia edərək 4 aylıq əmək haqqı borclarının ödəməsinə mane olurlar ki, bu da ən azından özbaşınalıqdır:

"2009-cu ildən 2016-cı ilin sentyabr ayına kimi - 7 il ərzində işləyib əmək haqqı almışıq. Ştatlar qanunsuz olubsa və ya layihənin müddəti bitmişdisə nə üçün büdcədən bizə maaş ayrılırdı? Büdcə təşkilatlarının ştat cədvəlləri hər il Maliyyə Nazirliyində qeydiyyatdan keçirilir və təsdiq edilir. Hər hansı bir qanunsuzluq var idisə büdcə xərclərinə nəzarət edən və birbaşa cavabdeh olan maliyyə orqanları bunu vaxtında aşkar edəydilər. Təhsil Nazirliyi layihə ilə bağlı hər hansı qanun pozuntusu aşkar edibsə, cavabdehlərin məsuliyyətə cəlb olunması üçün Baş Prokurorluğa müraciət etmək əvəzinə bizim 4 aylıq əmək haqlarımızı ödəmirlər.

Ehtimal edirik ki, inklüziv layihənin tətbiqi üçün ayrılan maliyyə vəsaitini talan edən bir qrup məmur bu qanunsuz hərəkətlərini ört-basdır etmək üçün "çıxış yolu”nu bizi işdən çıxarmaqda, layihəni bağlamaqda görürlər”.

Qanuni yolla işə qəbul edildiklərini, onlarla elekton sistemə işlənmiş müddətsiz əmək müqavilələri bağlandığını bildirən müəllimlər yazır ki, layihənin bağlanması barədə Nazirlər Kabinetinin hər hansı qərarı yoxdur:

"Bu günə kimi bizimlə əmək münasibətləri davam etdirilirsə əmək haqlarımız da ödənilməlidir. Lakin Təhsil Nazirliyi "ağına-bozuna” baxmadan bütün hüquqlarımızı pozur, maaşımızı ödəmir. Problemlə bağlı Təhsil Nazirliyinə dəfələrlə müracət etsək də, problemin həlli bir yana, hətta müraciətlərimizi də cavablandırmırlar”.

Sonda müraciət müəllifləri dövlət başçısından və digər rəhbər şəxslərdən xahiş ediblər ki, Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin çağırışlarına və mövcud qanunvericiliyin tələblərinə riayət olunaraq 4 aylıq əmək haqqı borclarımızın ödənilməsi, eyni zamanda qanuni hüquqlarımızın bərpası üçün müvafiq strukturlara göstəriş versinlər. (reytinq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar