Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müəllimlər İnstitutunun Sumqayıt filialının aqibəti necə olcaq?


“Müəllimlər İnstitutu Sumqayıt filialının maddi-texniki bazası, professor-müəllim, köməkçi və tələbə heyəti, eyni zamanda hazırda orada mövcud olan kadr hazırlığı üzrə ixtisaslarla birlikdə Sumqayıt Dövlət Universitetinin balansına verilir


Bu isə o deməkdir ki, balansa köçürülmə zamanı müəllimlər də, tələbələr də, köməkçi heyət də bütövlükdə ora keçiriləcək. Bu məsələdə heç bir narahatlığa əsas yoxdur”.

Bunu APA-ya Təhsil Nazirliyi Elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib.

S. Gözəlov bildirib ki, işdən uzaqlaşdırılma ilə bağlı səslənən fikirlərin heç bir əsası yoxdur: “Bu bir filialın daha böyük ali təhsil müəssisəsinin tərkibinə verilməsidir. Bu zaman tələbələr və müəllimlər üçün də bir sıra üstünlüklər yaranır. Bu üstünlüklər ondan ibarətdir ki, tələbələr diplom alanda dövlət universitetinin diplomunu alacaq. Təbii ki, dövlət universitetinin maliyyə imkanları daha yüksəkdir. Bu da özünü müəllimlərin əmək haqqında göstərəcək.

İxtisaslar da saxlanılır. Olmayan ixtisaslara isə 2015-2016 tədris il üçün tələbə qəbulu olub. Növbəti illərdə həmin ixtisaslar üzrə tələbə qəbulu davam etdiriləcək. Yəni burada ixtisasların bağlamasından söhbət getmir. Belə olan halda həmin ixtisasların yuxarı kurslarında təhsil alan tələbələr narahat olmasınlar. Çünki təhsil aldıqları halda yarana biləcək akademik borcların aradan qaldırılması üçün alt qruplara müraciət edib öz akademik borclarını ləğv edəcəklər”.

S. Gözəlov qeyd edib ki, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filiallarının ləğv edilməsi 2013-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının” tədbirlər planına uyğundur: “Bu, Azərbaycanda təhsilin daha da təkmilləşdirilməsi ilə bağlıdır. Eyni zamanda, məqsəd ali təhsilin keyfiyyətini yüksəltməkdən ibarətdir”.

Qeyd edək ki, iyulun 24-də prezident İlham Əliyev Müəllimlər İnstitutunun Mingəçevir, Salyan və Sumqayıt filialları ləğv edilməsi barədə sərəncam imzalayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar