Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müdir 40 min manat rüşvət alıb ibtidai sinif müəlliməsini direktor əvəzi edib? - Sumqayıtda

Nizami Namazov Zakir Fərəcovun etimadını doğrultmur


Zakir Fərəcov Sumqayıta icra başçısı təyin olunandan sonra Sumqayıt təhsilində bir sıra irəliləyişlər olmuşdur.İcra başçısı şəhər təhsilinə diqqət və qayğı ilə yanaşdığından şəhərdə təhsil sahəsində müsbət addımlar atılmışdır.Amma təəssüflər olsun ki,bəzi məmurlar  var ki,onlar icra başçısının bu addımlarına qarşı gedir,onu etimadını doğrultmur.

Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə Uşaq Təşkilat rəhbəri olmuş Validə Əlirzayeva İlyas qızı tərəfindən  redaksiyamıza daxil olan  şikayət məktubu  və prezident İlham Əliyeva videomüraciət  də bunu  təsdiq edir.

TİA.AZ-ın redaksiyasına müraciət edən 9 saylı tam orta məktəbdə 20 ildir çalışan Validə Əlirzayeva  2017-ci ildən  məktəbdə direrektor əvəzi işləyən Həqiqət Abdullayevadan və Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Nizami Namazovdan  şikayətçidir.

Onun  dediyinə görə Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Nizami Namazov təyin edildiyi gündən Sumqayıt təhsilində rüşvət tüğyan baş alıb gedir: “Belə ki, Nizami Namazov müddətli müqavilə ilə 200-yə yaxın müəllim götürərək  onların  hər birindən 5000 manat pul almiş,eyni zamanda məktəblərə  onlarla direktor müavini işə götürərək hər birindən 10 min manat , məktəblərə  laborantlar işə götürərək hər birindən 7 min manat rüşvət alır.Onun 40 min manat rüşvət alaraq vəzifəyə təyin etdiyi  şəxslərdən biri  də Həqiqət Abdullayevadır. Nizami Namazov 9 nömrəli məktəbdə yarım-stavka (0.5 stavka) ilə işləyən ,orda “Dollar Həqiqət” adlandırılan xanıma  direktor əvəzi  vəzifəsini həvalə edib.Bu məktəbdə elə ay, elə gün yoxdur ki, pul yıgılmasın.Özunun dediyi kimi  bazar gününü  pul  olmayan gün sayır.Maraqlı odur ki, başa verənlərlə bağlı ,təhsil nazirliyinə, prokurorluga şikayət edilsə də bu şikayətlərə baxan yoxdur.

Bir müddət əvvəl məktəbə Regional Hesablama Mərkəzindən yoxlama gəldi ,xeyli  nöqsanlar  tapdılar məktəbdə. Bununla bağlı  cinayət işi açılmalı idi,amma açmırlar. Hal-hazırda Həqiqət Abdullayeva seckiyə görə işdən azaddır. Direktorluğu  isə Nizami Namazov həvalə edib uc dəfə ailə qurmuş Rövsən İmanova. Budur Nizami Namazovun fəaliyyəti . Məktəb “ölü canlarla”; texniki işcilər,ocaqcılar və sairə işçilərlə doludur. 9 -11-ci   sinif şagirdlərinin  hərəsindən 500 manat,monitorinq pulu 2 manat, hər 10 muəllimdən  10 manat  pul yığılır. Məktəb 6 günlük iş rejimi ilə fəaliyyət  göstərsə də uşaqlar dərsə gəlmir.Prokuror  köməkçisi Elviz Salayevə bu barədə  şikayət edilsə bu  o məsələyə laqeyd yanaşır”

Sonda Validə Əlirzayeva hörmətli prezident İlham Əliyevdən Sumqayıt təhsil şöbəsinin müdiri Nizami Namazovun və  direktor əvəzi Həqiqət Abdullayevanın özbaşınalığına son qoyulması üçün göstəriş verməsini xahiş edir .

Validə Əlirzayevanın prezidentə videomüraciətini təqdim edirik



Qarşı tərəfi də dinləməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar