Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müdafiə Nazirliyindən rəsmi açıqlama


Azərbaycan Müdafiə Nazirliyi Ermənistan KİV-ində Ermənistan-Azərbaycan dövlət sərhədi yaxınlığında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomaşınının atəşə məruz qalması barədə yayılan məlumatlara münasibət bildirib


Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, Azərbaycan Silahlı Qüvvələri mülki əhali, qeyri-hərbi obyektlər və nəqliyyat vasitələrinin, o cümlədən üzərində beynəlxalq humanitar təşkilatların fərqlənmə nişanları olan əməkdaşların və nəqliyyat vasitələrinin Cenevrə Konvensiyasının müdafiəsi altında olmasına hörmətlə yanaşır. Müharibə qanunlarına əməl etməklə Azərbaycan Ordusunun bölmələri yalnız hərbi əhəmiyyətli obyektlərə qarşı cavab tədbirlərindən istifadə edir.

“Bir çox hərbi cinayətlər törətmiş Ermənistan beynəlxalq humanitar təşkilat nümayəndələrinin döyüş bölgələrinə səfərlərindən də öz çirkin məqsədlərinə nail olmaq üçün istifadə etməyə çalışır. Cəbhənin ön xəttində yerləşən ərazilərə təşkil edilən belə səfərlər zamanı ermənilər onları müxtəlif istiqamətlərdən atəşə tutaraq təxribat törətməyə və Azərbaycan tərəfini günahlandırmağa cəhd göstərirlər. Bu səbəbdən də Beynəlxalq Qızıl Xaç Komitəsinin nəqliyyat vasitəsinin atəşə tutulmasının erməni bölmələri tərəfindən təxribat məqsədilə həyata keçirilməsi heç bir şübhə doğurmur”, - deyə Müdafiə Nazirliyi bəyan edib.

Nazirlik xatırladıb ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri müdafiənin ön xəttində yerləşən Azərbaycan Ordusunun mövqelərini və cəbhə boyu yaşayış məntəqələrini atəşə tutmaqda davam edir. Son 10 gün ərzində düşmən tərəfindən atəşkəs rejimi 500 dəfəyə yaxın pozulub. İntensiv olaraq Ermənistan-Azərbaycan dövlət sərhədindəki TovuzQazax rayonlarının sərhədyanı kəndləri, orada yaşayan dinc sakinlər – uşaqlar, qadınlar və qocalar daha çox düşmən atəşinə məruz qalır, təsərrüfat işlərinin aparılmasına maneçilik törədilir. Qısa müddət ərzində düşmən tərəfindən açılan atəşdən mülki əhali arasında ölən və yaralıların olması erməni birləşmələrinin atəşkəs rejimini məqsədyönlü şəkildə pozmalarını növbəti dəfə təsdiq edir.

“Bir daha bildiririk ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejiminə əməl edir, mülki əhalini, qeyri-hərbi obyektləri atəşə tutmur, yalnız düşmən tərəfindən atəşkəs rejimi pozulduqda onun susdurulması məqsədilə cavab tədbirləri həyata keçirir”, - deyə açıqlamada bildirilir.

*      *      * 11:39

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) İrəvan missiyası bildirir ki, Azərbaycan-Ermənistan sərhədində monitorinq zamanı təşkilatın avtomobilinə atəş açılıb.

Virtualaz.org saytı “Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, təşkilat insidentin iyulun 28-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz-Qazax istiqamətində baş verdiyini bildirir.

Təşkilatın İrəvan ofisindən bildirildiyinə görə, BQXK nümayəndələri Ermənistanın Azərbaycanla sərhəd Çinari kəndinin sakinlərinin xahişi ilə bu kənddəki vəziyyəti müşahidə etmək üçün ora gediblər.

Kənd sakinləri “Azərbaycan ordusunun mövqelərindən Çinarinin müntəzəm olaraq atəşə tutulduğunu” deyiblər. Sakinlər məhsul yığımı zamanı “atəşkəsin qorunmasını təmin etmək üçün” Beynəlxalq Qırmızı Xaç Komitəsindən kömək istəyiblər.

Təşkilatın missiyası kəndə çatanda sərhəddə atışma başlayıb, bu zaman BQXK-nin maşınına tərəf də atəş açıblar. Beynəlxalq Qırmızı Xaç Komitəsinin İrəvan nümayəndəliyinin kommunikasiyalar üzrə proqramının rəhbəri Zara Amatuni deyib ki, maşına atəşin məhz hansı tərəfdən açıldığını bilməyiblər. Çünki hər iki tərəf atəş açırdı. İtkidən qaçmaq üçün təşkilat nümayəndələri təhlükəli zonanı tərk ediblər.

“Hər iki tərəfdən açılan atəşlər səbəbindən bizim təşkilat maşını təhlükəli zonadan dərhal çıxarmaq barədə qərar qəbul etdi ki, nə biz, nə də kənd sakinləri zərər çəkməsin. Əgər rusca desək, sərhəddə “perestrelka” idi” - deyə Z.Amatuni bildirib.

Çinari kəndinin rəhbəri Samvel Saqoyan isə iddia edib ki, onlar Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə birlikdə çöldə olanda Azərbaycan ordusunun mövqelərindən atəş səsləri eşidildi.

“Onlar çöldə taxıl biçən kombaynı hədəf almışdılar” - deyə Saqoyan bildirib.

Qeyd edək ki, Ermənistan ordusu Azərbaycanın Tovuz rayonunun Əlibəyli kəndini aramsız atəş altında saxlayır və ötən həftə kəndin iki sakini biri ağır olmaqla yaralanıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar