Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müdafiə Nazirliyindən Ermənistana sərt mesaj: “Məhv edəcəyik!“


Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına cavab olaraq, son bir neçə gün ərzində Silahlı Qüvvələrimizin bölmələrinin bütün cəbhəboyu zonada düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə davamlı zərbələrindən ağır itkilərə məruz qalan erməni tərəfi qoşunların təmas xəttinə yaxın ərazilərdə yerləşən kəndlərimizi və dinc sakinlərimizi atəşə tutmağa başlayıb


Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cəbhədə uğursuzluğa düçar olan Ermənistanın hərbi-siyasi rəhbərliyinin bu hərəkətinin qarşısının alınması məqsədilə Silahlı Qüvvələrimiz qəti və adekvat tədbirlər görürlər.

Azərbaycan Silahlı Qüvvələrinin düşmənə endirəcəyi daha ağır zərbələrin gücündən ehtiyatlanan Ermənistan rəhbərliyi guya hərbi təlimlərin keçirilməsi adı altında sərhədboyu zonada yerləşən 20-dək yaşayış məntəqəsindən kənd sakinlərini təxliyyə etməyə başlayıb.

Müdafiə Nazirliyi bildirir ki, kəndlərimizin və dinc sakinlərin düşmən tərəfindən atəşə tutulması dərhal dayandırılmayacağı təqdirdə Silahlı Qüvvələrimiz silahlanmada olan istənilən atəş sistemlərindən istifadə etməklə düşməni məhv edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar