Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib


Rusiyanın BMT-dəki nümayəndəsi: “ABŞ-la dialoqa hazırıq”


Bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birlik və birləşmələrin məsul zabitləri də cəlb olunub.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayındakı çıxışı, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan Ordusu barədə söylədiyi fikirləri vurğulayan Müdafiə naziri, cari ildə qarşıda duran vəzifələri diqqətə çatdırıb.

Ali Baş Komandanın ordu quruculuğunun prioritet məsələ olması, ölkəmizin silahlanması, eləcə də 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun şanlı tarixi qələbə əldə etməsi barədə səsləndirdiyi fikirləri xüsusi qeyd edən nazir bildirib ki, dövlətimiz və xalqımız tərəfindən Azərbaycan əsgərinə hər zaman yüksək qiymət verilir.

Cəbhə xəttində əməliyyat şəraitində yaranmış son vəziyyətin təhlilini aparan nazir qoşunların döyüş tapşırıqlarını yerinə yetirməyə daim hazır vəziyyətdə olması, şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi, onların döyüş və mənəvi-psixoloji hazırlığının təkmilləşdirilməsi, bilik və bacarıqlarının artırılması, o cümlədən digər istiqamətlərdə komandir və rəis heyəti qarşısında müvafiq tapşırıqlar qoyub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar