Xəbər xətti

24 YANVAR

0:59 Obamanın qızı sevgilisi ilə belə görüntüləndi - Fotolar

0:47 İngiltərə millisinin 2017-ci ildə ən yaxşısı müəyyənləşib

0:34 “Samsung” telefonları bilərəkdən zəiflədib? - İddia

0:23 Van Dammdan Tolqahana film təklifi

0:11 “Bitcoin” 5 səbəbdən “çökə” bilər

0:02 Bu gün bürcünüz nələr vəd edir?

23 YANVAR

23:59 Prezidentin Davosda görüşləri davam edir

23:53 Azərbaycan neftinin bareli 71 dollara satılır

23:47 Bakı-İstanbul aviareysində texniki problem yaranıb

23:41 Fransa prezidenti: “Qarabağ münaqişəsinin həlli vacibdir”

23:35 AŞPA-da Dilqəmlə Şahbazın azadlığa buraxılması məsələsi qaldırıldı

23:29 “Suriyanın şimalında təhlükəsizlik zonası yaradaq” - ABŞ-dan Türkiyəyə təklif

23:22 Tanınmış jurnalist vəfat etdi - yenə ürəktutma...

23:15 “KXDR ABŞ-a nüvə zərbəsi endirməyə hazırlaşır!” - MKİ başçısı

23:09 67 yaşlı Ağsu sakini özünü asaraq intihar edib

23:02 “PYD/YPG Afrine doğru hərəkət edəcəyi təqdirdə...” – Pentaqon

22:56 Müffəttişlər avtobusları saxladı, sərnişinlər yolda qaldı - Video

22:50 Türk ordusu Afrində PYD postunu belə ələ keçirdi - Video

22:43 Prezident İlham Əliyev OPEC-in baş katibini Azərbaycana dəvət etdi

22:35 Ərdoğanla Tramp arasında telefon danışığı olacaq

22:28 “Neft hasilatının azaldılmasına dair saziş...” - İlham Əliyev

22:21 İranda internetə məhdudiyyətsiz giriş təmin olunacaq

22:14 İlham Əliyevin “Microsoft” şirkətinin vitse-prezıdenti ilə görüşü olub

22:07 Səməd Seyidovun sədrliyi ilə AŞPA-nın plenar iclası keçirilib

22:00 Ən yaxşı baş məşqçilərin sıralaması açıqlanıb

21:55 Prezident: “Öhdəliklərimizi artıqlaması ilə yerinə yetiririk“

21:49 Afrində Türkiyənin daha bir hərbçisi şəhid olub

21:42 Afrində keçirilən əməliyyatlar niyə “Zeytun budağı” adlanır?

21:35 2018-ci il “Oskar”a namizədlərin ADLARI açıqlandı

21:28 Azərbaycan şirkəti Ukraynada yol çəkəcək

21:20 Maskerano “Barselona”dan ayrıldı - Rəsmi

21:13 BP prezidenti neftin qiyməti barədə

21:06 “İŞİD-ə qarşı mübarizə başa çatdı…” - ABŞ generalı

20:58 Prezident İlham Əliyev Davosda Gürcüstanın Baş naziri ilə görüşüb

20:50 İlham Əliyev Rusiya ilə yeni hərbi müqavilə üzərində iş getdiyini açıqladı

20:43 Almaniyada kiçik təyyarə ilə helikopter toqquşdu - 4 ölü

20:36 Azərbaycandan Avropaya uçuşlar təxirə salınıb? - Açıqlama

20:29 Rəşad Sadıqovun komandası Gürcüstana qarşı

20:23 İlham Əliyev “VTB Bank”ın prezidenti ilə görüşüb

20:16 Ermənistanın baş naziri Qarabağ münaqişəsinin tənzimlənməsi barədə

20:08 Prezident: “Azərbaycanda medianın azad olmadığına dair tənqidlər əsassızdır”

19:59 Əbülfəs Qarayevin qızı “Qazprom”un sərgisinin kuratorudur

19:52 Milli komandamız Karate 1 Premyer Liqa turnirində iştirak edəcək

19:45 Bakı-Qazax magistralında iki yük maşını toqquşub, biri dərəyə aşıb

19:37 70 ildə 3,5 min sülhməramlı qətlə yetirilib

19:30 68 yaşlı qadın intihar etdi - Kürdəmirdə

19:22 Rusiyanın kəşfiyyat gəmisi ABŞ sahillərində!

19:15 Piyadanın ölümünə səbəb olan mikroavtobus sürücüsü həbs olundu

19:08 Azərbaycanda 2 məmur qəfil öldü - Adlar

19:01 İranda internetə məhdudiyyətsiz giriş təmin olunacaq

18:54 Gözəl Bayramlı 3 il azadlıqdan məhrum edildi

18:49 “Bizim üçün ən yaxşı bazar qonşulardır” - Prezident

18:41 Serj Sərkisyan yeni postuna aprelin 17-də əyləşə bilər

18:33 Energetika Nazirliyinin icazələri “ASAN”-a verilir

18:23 “Bakı-Tbilisi-Qars regionun nəqliyyat xəritəsini dəyişdi” - Prezident

18:18 Ərdoğan: “Şəhidimizin vəsiyyətini yerinə yetirəcəyik”

18:14 İlham Əliyev: “Artıq Avropanın bəzi ölkələrinin neft təminatçısıyıq”

18:11 ABŞ və Rusiya ordu komandanları yanvarın 26-da Bakıda olacaq

18:05 Rusiya Xankəndində əyləncə kompleksi tikir

18:00 Rusiya məhkəməsi Azərbaycan vətəndaşına 21 il həbs cəzası verib

17:53 Sabah Millətlər Liqasının püşkü atılacaq

17:47 “Ağ ev”də daha bir skandal: Tramp özündən 42 yaş kiçik olan məsləhətçisi ilə eşq yaşayır

17:40 Azərbaycanlı məmur Türkiyədə 5 milyona sayt aldı - Müəmmalı satışın pərdəarxası

17:31 Təhsil naziri postuna əsas namizədlər: Rektor, yoxsa nazir əvəzi?

17:28 “Full” paketinə qoşul, “Nar”-dan “Samsung Galaxy S8” və ya “Ipad Pro” qazan!

17:20 Türkiyə ordusunun Afrində keçirdiyi əməliyyatların nə zaman başa çatacağı açıqlanıb

17:09 Energetika Nazirliyinin icazələri “ASAN”a verilir

17:03 Sezen Aksu məşhur şairin evini satışa çıxardı

16:57 Bu ixtisaslar üzrə ayrılan plan yerlərinin hamısı boş qalıb

16:51 “Bakcell” növbəti dəfə “Socially Devoted” sertifikatına layiq görülüb

16:45 Ərdoğan: “Şəhidimizin vəsiyyətini yerinə yetirəcəyik”

16:13 59 yaşlı kişi fermada özünü asdı

16:05 Vidadi Əliyevin parnikində insanlar qul kimi işlədilir - Şikayət

16:00 İlham Əliyev OPEC-in baş katibini Azərbaycana dəvət etdi

15:55 Gözəl Bayramlıya 4 il həbs tələbi

15:49 71 yaşlı Ajda ən böyük xəyalını açıqladı

15:43 İranda internetə məhdudiyyətsiz giriş təmin olunacaq

15:37 PYD lideri: Ərdoğan Kərkükə qədər gedəcək...

15:32 Bakıda tikinti xaosu

15:26 Afrindən sonra Qarabağda “İLDIRIMSÜRƏTLİ” əməliyyat - Ermənistan planını açıqladı

15:20 Bu şəxslərin Azərbaycanda vətəndaşlıq alması asanlaşdırılır

15:14 Rabitə sektorunda yeni işdənçıxarma dalğası – Təfərrüat

15:07 Ərdoğan Təhlükəsizlik Şurasını çağırdı

15:00 “Siyahıdan kənarda qalanlar içərisində də ev almağa layiq olanlar az deyildi”

14:51 Novruz Məmmədov Prezident İlham Əliyevin Davos səfəri haqda yazdı

14:45 Rusiya müdafiə naziri: “Bir çox Asiya ölkələri S-400 almaq istəyir”

14:40 Duterte əmr verdi: “Məni güllələyin!”

14:34 “Bu gün YAP-ın namizədinin toplaya biləcəyi səsin 0.1 %-ni yığacaq şəxs yoxdur”

14:31 Davos forumu ölkə iqtisadiyyatı üçün hansı əhəmiyyətə malikdir?

14:26 Badamdar qəsəbə nümayəndəliyinin hesabat yığıncağı keçirilib

14:21 Satıcı robot bir həftədən sonra işdən çıxarıldı

14:16 Müğənni ilə dalaşdı, qardaşını işdən çıxardı

14:11 BMT: Ötən il 56 sülhməramlı həlak olub

14:06 QNET kimsəsiz uşaqları sevindirməyə davam edir – Video

14:02 Azərbaycan prezidenti OPEC-in baş katibi ilə görüşüb

13:57 Rüsum azaldı, kərə yağı ucuzlaşmadı, şirkətlər susur - Araşdırma

13:51 Vilayəti Qərbin yeni hədəfini açıqladı

13:46 Qadınlara halal kişi tapan molla

13:40 Azərbaycandan Ümrə ziyarəti səfəri ləğv olundu

13:35 Rusiya FTX Akademiyasının kursantı Bakıda tutuldu

13:29 Lənkəranda döyülərək öldürülən qadının anası da xəstəxanada ölüb

13:23 Röya ilə Aygünün 50 minlik davası - tərəflər məhkəməyə gəlmədi

13:23 Röya ilə Aygünün 50 minlik davası - tərəflər məhkəməyə gəlmədi

13:16 Azərbaycanda maşınların qiyməti bahalaşdı - Rəqəmlər

13:10 BVF: Azərbnaycan iqtisadiyyatı bu il 1,3% böyüyəcək

13:05 Neymar ən yaxşı oyunçu seçildi

12:59 Bir sıra yüksək vəzifələr boşdur - Siyahı

12:53 “Bu, Azərbaycana qarşı təhqirdir”

12:47 “Türkiyə Afrin əməliyyatı ilə Rusiya və İranın Suriya planlarını pozdu”

12:40 Vitse-prezident istefa verdi – “Azərsu” ASC-də dəyişiklik

12:35 Axtarışda olan 13 nəfər saxlanıldı

12:30 Davosa 1.5 metrdən çox qar yağıb, qonaqlar yollarda qalıb

12:30 Bəzi yerlərə qar yağacaq, duman, çiskin olacaq

12:25 Tərlan Əhmədov Rusiya komandasına 1:8 hesablı məğlubiyyətə görə üzr istədi

12:20 Mirzə Ələkbər Sabirin Azərbaycan nifrəti

12:15 Xəzərin dibindən Azərbaycana?

12:09 Yığmamız İranla üz-üzə

12:06 Kamal Sunalın oğlu azərbaycanlı vəkillə evlənir

12:01 “Reket” baş redaktor məhkəmədə özünü təqsirli bilmədiyini deyib

11:56 Universitetləri “ailə müəssisəsi”nə çevirənləri sərt cəzalar gözləyir



MÜSAHİBƏ

...

Mübariz Örən: “O kitabı oxuyanda dəli oldum”

Tarix 09.11.17, 14:44

Font ölçüsü : - / +
bitmap-img6

Mübariz bəyi Yaradıcılıq fakültəsi tanıdıb mənə. Dərslərdə hər zaman ciddi görkəmdə oturub, gözlərini bir nöqtəyə - dərs deyən müəllimə zilləyib diqqətlə dinləyərdi


Bütün dostlarım kimi, Mübariz bəylə də aramızda çox böyük yaş fərqi var, amma nədənsə heç o fərqi hiss etməmişəm, hətta bu yaxınlarda yaşının əslində neçə olduğunu bilmişəm. Bu müsahibəmiz başıbəlalı oldu. Mübariz bəylə danışdıq ki, görüşüb bir çay masası ətrafında müzakirə edək. Yağışın "tut ucundan, göyə çıx" vaxtına düşdü müsahibəmiz. Sonra da mən evə gəlib gördüm ki, kompüterim xarab olub. Beləcə müsahibənin sizə çatmaq üçün iki həftədən çox yol gəlib.
 
- Yağışla aranız necədir?
 
- Əvvəllər payızı sevmirdim, doğulduğum yay fəslində özümü suda balıq kimi, komfortlu hiss edirəm. Zaman keçdikcə yaş öz işini görür. Bu ilki payızı artıq sevməyə başlamışam.
 
- Yağışlı havalarda xalqın şairləri qəmli şeirlər yazırlar, bəs sizdə necədi?
 
- Ola bilər ki, onların ilham pəriləri nəmişlik sevir (gülür). Şəxsən məndə yazı-pozu prosesi havadan asılı deyil, əsas daxili havadır, bir də sakit məkan. O məkan ki, orda mən özümlə baş-başa qala bilim, ətrafdan təcrid olum. Bayırda tufan qopsa belə, mənə təsiri olmayacaq.
 
- Dediklərinizdən belə anladım ki, təkliyi sevirsiniz...
 
- Bəli, təkliyi çox sevirəm. Yaxşı nasir öz-özlüyündə daxili dialoqları qura bilmək üçün uzun-uzadı özünə qapanmalı, öz-özüylə söhbət etməyi bacarmalıdır. Bununçun da təbii ki, təklik mühüm əhəmiyyət kəsb edir.
 
- Ədəbiyyata qəfil gəlsəniz də, qısa zamanda geniş oxucu auditoriyası qazandınız.
 
- Mən yazmağa gec başlamışam. Yazana qədər isə çoxlu mütaliə etmişəm. Bu illər ərzində mütaliədən əlavə geniş müşahidələrim olub. Yazmağa başlayanda isə özümçün bir meyar müəyyən etdim ki, bundan aşağı səviyyədə bir şey yazmayacam. Çalışıram ki, buna maksimum dərəcədə əməl edim. “Bizdə yaxşı oxucu yoxdur” fikriylə də razılaşmıram. Yaxşı mətn oxunur, qəbul də edilir.
 
- Yazılarında kifayət qədər sərbəst olan Mübariz Örənin həyatda sərbəstlik anlayışı hara qədərdir?
 
- Məndə sərbəstləşmə prosesi son on ildə özünü göstərməyə başlayıb. Bu gecikmənin səbəbi sovet quruluşunun təsirindəndir, ola da bilər nəsildəngəlmədir. Müəyyən şeylər var ki, mən onları özümə yaxın buraxmıram, düşünürəm nəyi olar, nəyi olmaz.
 
- Elə kitablar var ki, dünyada məşhur olmasına baxmayaraq, siz onları hələ oxumamısınız?
 
- Sizinçün bəlkə təəccüblü gələ bilər, amma mən hələ də “Anna Karenina”nı oxumamışam. Orhan Pamukun cəmi bircə romanını oxumuşam, halbuki azı dörd romanını oxumalıyam. Ümumiyyətlə, çox heyfslənirəm ki, türk ədəbiyyatını orijinaldan oxuya bilmirəm. Çoxdur oxuya bilmədiyim kitablar, hətta günə bir roman oxusan belə, yenə bütün maraqlı kitabları oxumağa ömür çatmaz. Mən eyni gündə evdə bir, işdə bir, tıxac zamanı maşında da bir ayrı kitab oxuyuram.
 
- Bir əsərin sonluğunu bilsəniz belə, təkrar qayıda bilərsiniz ona?
 
- Əlbəttə. Nasir Mənzurinin “Avava” romanını çox sevirəm, təsir qüvvəsi çoxdur. Roman var ki, oxuyursan, düşünürsən ki, şedevrdir, roman da var, qaynadıb suyunu da içmək istəyirsən. Həmçinin, Markesin “Gözlənilən bir qətlin tarixçəsi” romanını dönə-dönə oxuyaram. O əsərdəki texnikaya valehəm. Məni ən çox camaatın biganəliyi alıb aparır. Hamısı bilə-bilə ki, Santyaqo Nasar öldürüləcək, yenə heç biri tədbir görmür, onu xilas etmək üçün addım atmır.
 
- İnsan xislətində biganəlikdən başqa nəyi qəbul edə bilmirsiniz?
 
- Çoxdur, amma satqınlıq və böhtan mənə görə ən dəhşətlisidir. Mən böhtandan çox qorxuram. Üç-dörd nəfər yığılıb böhtançının sözünü təsdiqləsə, adam özü də şübhəyə düşər, özünü təmizə çıxara bilməz. Beləcə mərdi qova-qova namərd edirlər.
 
- Kitabınızı təqdim etmək üçün gecikməmişdiniz ki?
 
- Düşünürəm ki, tam zamanında oldu. On hekayəm vardı, gördüm ki, kitab üçün azdır. Bir povestin də üzərində işləyirdim, elə gözlədim bitsin, birdəfəlik çapa verim. Hazırlıq işləri iki-üç ay çəkdi və təqdimat mənim yubiley günümə təsadüf etdi.
 
- Düşünürdünüz ki, nə vaxtsa sevilən yazıçı olacaqsız, təqdimat mərasimi, kitab imzalamalar, filan?
 
- Heç vaxt bu barədə düşünməmişdim. Yaxşı oxucu idim, amma yaxşı yazıçı olmaq ağlımın ucundan da keçməmişdi. Gənclik illərimdə yazdığım otuza yaxın şeirə qədər idi mənim yaradıcılıq arzum. Hətta fikirləşirdim ki, gələcəkdə bu şeirləri kitab halında çap etdirim. İndi düşünürəm, yaxşı ki o şeirləri çap etdirməmişəm. Zənnimcə, bu günün tələbi fonunda çox bərbad olardı.
 
- Yazılarınızı oxuyanda nə hislər keçirirsiniz?
 
- Kədərlənirəm... O məqamları ki mən qələmə almışam, onlar məni bir zamanlar nəinki kədərləndirib, hafizəmdə dərin iz buraxıb. Əgər illər keçsə də, mən onların heç birini unutmamışamsa, deməli maraqlı hadisələr olub. Həmin məqamları yaxşı yazmağı bacarsam, oxucuya da yaxşı təsir bağışlayar deyə düşünmüşəm.
 
- Övladlarınız oxuyublar kitabınızı?
 
- Oxusalar da, hər halda mənə öz fikirlərini deməyiblər, amma evdən kitabların daşınmasından belə qənaətə gəlirəm ki, qrup yoldaşları oxumaq istəyirlər. Ümumiyyətlə, çox sevinirəm ki, kitab oxumağa həvəslidirlər. Uşaq olanda onlara “Koroğlu” dastanını oxumuşam. Düşünürəm ki, “Koroğlu”nu hamı oxumalıdır. Mən o dastanı oxuyandan sonra sözün əsl mənasında özümü dəli kimi hiss edirdim, deməli bu, bizim qanımıza hopub.
 
- Heç olub ki, düşünəsiniz tükənmisiniz, daha yaza bilməzsiniz?
 
- Hazırda məndə vəziyyət elədir. Mənə elə gəlir ki, Tanrı mənə bir kitablıq söz bəxş eləmişdi. Kitab çıxandan fikrimi toplayıb heç nə yaz bilmirəm. İçimdə qəribə bir boşluq var. Bunu mənə bir çox yazıçı dostlarım demişdilər, xəbərdarlıq etmişdilər ki, bu povestdən sonra sən bir müddət heç nə yaza bilməyəcəksən. Mənim məşğul olduğum iş də ədəbiyyatdan çox uzaqdır. Uzun müddət özümlə tək qala bilmirəm ki, nəsə də ərsəyə gətirim. Nə olsun ki, ədəbiyyatı sevirəm, amma Azərbaycan reallığıyla da barışmaq lazımdır. Ədəbiyyatdan pul qazananlar az deyil ki, çoxdur, mənim kimi adamlar isə nəinki pul qazanmaq, hətta kitab çıxarmaqçün pul xərcləməlidir. Bu da təbii ki mənim ürəyimcə deyil, ikilənmə gedir məndə, yarı canım burda, yarı canım orda. Əminəm ki, vaxtımı yalnız ədəbiyyata sərf etsəm, yaxşı bir roman yaza bilərəm.
 
- Ömründə bir kitab oxumayan adamla dostluğunuz tutar?
 
- Belə dostlarım çoxdur. Bir müddət Rusiyada yaşamışam, orda mənim dostluğum elə adamlarla tuturdu ki, hırla-zırı qanmırdılar. Mənimçün əsas olan sədaqət andıdır. O qədər kitab oxuyan şeytanlar var ki...
 
- Fotolarla, rəsmlərlə aranız necədir? Rəssamlarla, onların əsərləriylə maraqlanırsızmı?
 
- Konkret kimlərisə izləmirəm, düzü heç çox məlumatlı da deyiləm. Gözəl olanları izləyirəm, əsas da intibah dövrünün rəsmlərinə üstünlük verirəm. İncillə bağlı rəsmlər də həmişə maraqlandırıb məni. Fotolara gəldikdə isə təsadüfi kadrlara üstünlük verirəm, zənnimcə həmin fotolar hər zaman danışır.(kulis)
 
pia.az











Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

2018-ci il “Oskar”a namizədlərin ADLARI açıqlandı

bitmap-img3

Rakurs

Deputat Ağalar Vəliyevin biznes imperiyası

bitmap-img3

Seçmələr

Təhsil nazirinin müavini vəzifəsindən azad edilib

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru