Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mübariz Mənsimov yenə xoşagəlməz insidentlə üzləşdi


Azərbaycanlı oliqarx, “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov daha bir xoşagəlməz insidentlə qarşılaşıb


Virtualaz.org saytı xəbər verir ki, bu dəqiqələrdə Ukrayna mənbələri oliqarxın gəmilərindən birinin Odessa yaxınlığındakı İzmail limanında saxlanıldığı haqda məlumat yayıb.

Gəmiçilik tematikası üzrə ixtisaslaşmış BSnews portalının redaktoru Andrey Klimenkonun Facebook səhifəsində yerləşdirilən məlumata əsasən az əvvəl “Palmali” şirkətinə məxsus tankerlərdən biri İzmaildə saxlanılıb.

Səbəb tankerin bundan əvvəl Ukrayna tərəfinin icazəsi olmadan Rusiyanın ilhaq etdiyi Krım yarımadasına yan alması və Sevastapol, yaxud Feodosiya  limanından yük götürməsidir.

“Bizim kəşfiyyat xəbər verir ki, Türkiyənin “Palmali” şirkətlər qrupunun tankerlərindən biri ilə bağlı ciddi xoşagəlməz situasiya yaranıb. Tanker bundan əvvəl AİS ötürücüsünü söndürərək Sevastopol, ola bilsin Feodosiya limanına daxil olub”- deyə Klimenko yazıb.

Tankerin saxlanılması haqda hələlik rəsmi məlumat yoxdur. Qeyd edək ki, bundan əvvəl Ukrayna hakimiyyəti “Palmali” şirkətinə məxsus “Dahi Byulbyul” tankerini Krıma yan aldığı üçün saxlamışdı.

BSNews portalının araşdırmasına görə, ötən ildən bəri “Palmali”nin tankerləri dəfələrlə Krım limanlarına yan alıblar. Bu günlərdə virtualaz.org saytı “Palmali”nin Krıma yan alan tankerlərinin siyahısını dərc etmişdi.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar