Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mübahisəli inzibati ərazilərlə bağlı problemlər necə həll ediləcək?


Bu gün Prezident İlham Əliyev daha fərman imzalayıb


PİA.AZ xəbər verir ki, fərmana əsasən, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nda aşağıdakı dəyişikliklər edilib:

1. 4.3-cü bənddə “4.2.-ci bəndində” sözlərindən sonra “, koordinatların müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrin həllinə dair xəritələrin hazırlanması ilə bağlı olduqda isə bu Qaydanın 5-1.4-cü bəndində” sözləri əlavə edilsin.

2. 4.7-ci bənddə “4.2.-ci bəndində” sözlərindən sonra “, koordinatların müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrin həllinə dair xəritələrin hazırlanması ilə bağlı olduqda isə bu Qaydanın 5-1.4-cü bəndində” sözləri əlavə edilsin.

3. 4.10-cu bənddə “və 104-cü maddələrinə” sözləri “maddəsinə və “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun 3-1-ci fəslinə” sözləri ilə əvəz edilsin.

4. Aşağıdakı məzmunda 5-1-ci hissə əlavə edilsin:

“5-1. İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrin həllinə dair xəritənin hazırlanmasının xüsusiyyətləri

5-1.1. İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrin həlli ilə bağlı ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələri (bundan sonra – mübahisə ilə bağlı xəritə) bu Qaydanın 5-1-ci hissəsində müəyyən olunan xüsusiyyətlər nəzərə alınmaqla hazırlanır.

5-1.2. Mübahisə ilə bağlı xəritə onun hazırlanması tapşırığı (bundan sonra – tapşırıq) verildiyi gündən 15 gün müddətində hazırlanaraq Azərbaycan Respublikası Prezidentinə təqdim edilməlidir.

5-1.3. Tapşırıq daxil olduğu gündən 2 (iki) iş günü müddətində Əmlak Məsələləri Dövət Komitəsi (ƏMDK) tərəfindən koordinatlarının müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi məqsədi ilə ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin sərhədlərinin yerində müəyyən edilməsi və razılaşdırılması işlərinin başlanma vaxtı barədə həmin ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin yerləşdiyi rayon və ya şəhər icra hakimiyyəti orqanına bildiriş göndərilir.

5-1.4. Mübahisə ilə bağlı xəritənin hazırlanması məqsədilə ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin sərhədlərinin koordinatlarının müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi ƏMDK-nın ərazi vahidinin, inzibati ərazi dairəsinin və sahə inzibati ərazi dairəsinin yerləşdiyi ərazi bölməsi nümayəndəsinin, xəritəsi hazırlanmalı inzibati ərazi dairəsi (şəhər, qəsəbə, kənd ərazi vahidinə münasibətdə – onun daxil olduğu inzibati ərazi dairəsi) və ya sahə inzibati ərazi dairəsi üzrə, eləcə də onun həmsərhəd olduğu digər inzibati ərazi dairəsi və (və ya) sahə inzibati ərazi dairəsi üzrə müvafiq rayon, şəhər və ya şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndəsinin iştirakı ilə ƏMDK-nın müvafiq struktur bölməsinin mütəxəssisi tərəfindən həyata keçirilir.

5-1.5. Mübahisə ilə bağlı xəritədə mübahisələndirilən ərazi hissəsinin sərhədləri ayrıca göstərilir.

5-1.6. Kağız üzərində hazırlanmış mübahisə ilə bağlı xəritə bu Qaydanın 5-1.4-cü bəndində göstərilən nümayəndələr, həmçinin müvafiq rayon, şəhər və ya şəhər rayonu icra hakimiyyəti başçıları və tapşırıqda göstərilən digər şəxslərlə razılaşdırılır, onlar tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

5-1.7. İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrin həllinə dair ərazi vahidinin xəritəsinin hazırlanması ilə bağlı sərhədlərin koordinatlarının müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi zamanı tapşırıqda göstərilən mübahisələndirilən ərazi hissəsinin sərhədlərində aşkar olunmuş uyğunsuzluqlara Bu Qaydanın 4.9-cu bəndinin tələbləri şamil edilmir.”.

5. 6.2-ci bənddə “3 (üç)” sözləri “4 (dörd)” sözləri ilə əvəz edilsin.

6. 8.5-ci bənddə “4 (dörd)” sözləri “5 (beş)” sözləri ilə əvəz edilsin.

7. 8.6-cı bəndə “xəritələrinin” sözündən sonra “bir nüsxəsi ETSN-ə,” sözləri əlavə edilsin.

8. 8.8-ci bənddə birinci halda “bəndində” sözü “və 5-1.3-cü bəndlərində” sözləri ilə əvəz edilsin.

9. Aşağıdakı məzmunda 8.9-cu bənd əlavə edilsin:

“8.9. Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin, habelə mübahisə ilə bağlı xəritələrin hazırlanması dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.”.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan bu dəfə Azərbaycanı deyil, Türkiyəni hədəf aldı...

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Ən çox oxunanalar