Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müavini nazirə qarşı - Azər Bayramov nazirlik yolunda

Seçkilərdən sonra Bayramov qardaşlarının birinin nazir olmaq imkanları çox böyükdür


Böyük ehtimalla nazir potfeli ilə Azər Bayramov mükaflandırılacaq.

Bu ilin aprelində keçiriləcək prezident seçkisindən sonra hakim komandada radikal dəyişikliklərin olacağına dair xəbərlərvar. Mediada yer alan məlumatlara görə, hakimiyyətin yaxa qurtarmağa çalışdığı bir neçə mühüm post sahibi var və prezident seçkisindən dərhal sonra onların adları İlham Əliyevin yeni komandasının siyahısında olmayacaq. Belə ki, vurulacağı deyilən şəxslərin əksəriyyətinin iqtisadi blokda təmsil olunan məmurlar olacağı gözlənilir.

Bu barədə məlumat artıq mətbuatda dolaşmaqdadır. Saytlar xəbər verir ki, hakimiyyət üçün arzuolunmaz sayılan kadrlar arasında maliyyə naziri Samir Şərifovun, eyni zamanda Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun da adı var. Ölkənin maliyyə və bank sektorundakı vəziyyətdən sorumlu olan bu şəxslər neftin dünya bazar qiymətinin düşdüyü dövrdə qeyri-peşəkar yanaşmalarıyla iqtisadiyyatda böyük problemlərin yaranmasına rəvac veriblər. Belə ki, böhranın başlandığı ilkin dövrdə yerli və xarici ekspertlərin təkidli çağırışlarına rəğmən Azərbaycanda manatın məzənnəsi sərbəst buraxılmayıb.

Maliyyə-bank sektorunun başbilənləri Mərkəzi Bankın vəsaitləri hesabına manatın məzənnəsini süni surətdə saxlamağa cəhd göstəriblər. Nəticədə, qısa bir müddətdə Mərkəzi Bankın 18 milyard dollar təşkil edən valyuta ehtiyatları 4 milyard dollara düşüb.

Manatın devalvasiyalarından sonra məlum olub ki, manatın məzənnəsinin böyük zərər hesabına saxlanması heç də səbəbsiz olmayıb. Müəyyən qüvvələr Azərbaycanda dolların ucuz olmasından istifadə edərək milyardlarla dollar qazanc əldə ediblər. Dövlət başçısı səviyyəsində açıqlanan məlumatlardan aydın olub ki, bu qüvvələr gündə yüz milyonlarla dollar əldə etməyi bacarıblar. Bu haqda isə bir neçə gün əvvəl “Yeni Müsavat” qəzeti yazıb.

“Eyni zamanda aydın məsələdir ki, uzun illər Mərkəzi Banka rəhbərlik etməklə ölkənin bank sektorunu əlinin içi kimi tanıyan E.Rüstəmov, maliyyə sisteminə rəhbərlik edən S.Şərifov proseslərin belə xarakter alacağını görməmiş deyildilər. Bu halda onların hansı maraqlardan çıxış edərək dolları ucuz saxlamağa çalışdıqları sıravi vətəndaşlardan tutmuş, ölkə rəhbərliyinə qədər hamını düşündürəcək sualdır.

Baş bankirlə baş maliyyəçinin mütləq və mütləq görməli olduqları digər cinayət, əlbəttə ki, Beynəlxalq Bankdan oğurlanan on milyardlarla manat dövlət vəsaitidir. Biri bank sektorunun, digəri isə maliyyə sisteminin tənzimləyicisi, biri banklardan verilən kreditlərə, digəri birbaşa Beynəlxalq Bankdan verilən kreditlərə nəzarət edən iki məmurun gözləri önündəcə dövlətin pulu talan edilirsə və onlar bunu görmürlərsə, demək ki, ya tutduqları vəzifəyə uyğun bilik-bacarıqları yoxdur, ya da baş verənlərdə hansısa maraqları və iştirakları olub. Bu, sübuta ehtiyacı olmayan aksiomdur”, – deyə qəzetin yazdığı məqalədə bildirilir.

Samir Şərifovun da yeni komandada yer almayacağını yazan afn.az saytı isə qeyd edir ki, artıq nazirlikdə onun yerinə hazırlaşanlar da var Saytın yazdığına görə bu maliyyə nazirinin birinci müavini Azər Bayramovdur.

MilliYol-a daxil olan məlumata görə isə doğurdan da Azər Bayramov nazir kürsüsünə oturmaq üçün hazırlaşır və onun bu arzusuna çata bilməsi üçün qarşıda elə də maneə görünmür. Çox böyük ehtimalla Azər Bayramov prezident seçkilərindən sonra formalaşacaq yeni kabinetdə nazir portfelini alacaq. 

Qeyd edək ki, Azər Bayramovun qardaşı Ceyhun Bayramov hazırda Təhsil naziri vəzifəsini icra edir. Qardaşlardan birinin nazir olmaq imkanları isə çox böyükdür. Baş verənləri yaxından müşahidə edən adının çəkilməsini istəməyən ekspert MilliYol-a bildirib ki, Azər Bayramovun maliyyə naziri olması daha perespektivlidir. Eyni zamanda yeni Vergilər nazirinin Mikayıl Cabbarov olması da Azər Bayramov üçün nazir kürsüsnə gedən qapının açarlarından biridir. Xatırladaq ki, Mikayıl Cabbarov və Bayramov qardaşları dostluq münasibətlərinə sahibdirlər. 

Maliyyə Nazirliyinə yaxın olan başqa bir mənbədən MilliYol-un əldə etdiyi məlumata görə Azər Bayramov hazırda Maliyyə nazirliyində Samir Şərifovdan da artıq nüfuz sahibidir. O maliyyə idarələrinin əksəriyyətinə öz adamlarını yerləşdirib. Azər Bayramovun hakimiyyətdə də ciddi dəstəyi var və bu dəstək onun nazir kürsüsünə oturması üçün yetərlidir. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar