Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mövludun ömrü kimi yarımçıq...


Faiq Balabəyli yazır


Heç bilmirəm necə yazım... Ötən həftənin üçüncü günü Araza dedim ki, Mövludu görsən, de, vaxt tapsa, qalxsın yuxarı...

Beşinci gün gəldi. İçəri girdi. Boynumu qucaqladı. Beləcə salamlaşdıq.

- Araza 2 gündür demişəm ki, gələsən.

- Araz mənə heç nə deməyib. Yazaydın da Feysbukda. Bildim işə çıxmısan, dedim, səni aşağı düşəndə görərəm, yuxarı qalxmağa ərindim..

Gözümə heç də yaxşı görünmədi... Səbəbini soruşdum.

- Əmi, problemlərim var...

Danışmasını istədim, “qoy bir vaxt tapım, danışaram, təzə yığdırdığın ürəyinə “naqruzka” verməyim”, - dedi...

Vaxt tapmadı.

Dünən axşam ürəyim çox incitdi, təcili yardım gəldi... Səhər tezdən işə gəldim, Firəngiz Sabirqızı yazmışdı ki, Faiq, səhərə qədər yuxuma girmisən, cavab verdim ki, Əzrayıl ardımca gəlmişdi, pərt, əli ətəyindən uzun qaytardım geri...

Sən demə, həmin gün Əzrayıl mənim ardımca yox, bizim gənc dostumuz, mənim “əminin balası” dediyim Mövludun ardınca gəlibmiş və heç də əli ətəyindən uzun qayıtmayıb.

Mövlud özü Əzrayılı çağırıb, səsini eşitsin deyə daha yuxarı, 17-ci mərtəbəyə qalxıb. Bu dəfə yuxarı qalxmağa ərinməyib...

Hələ məktəbli idi mən onu tanıyanda. Sabir adına kitabxanada fəaliyyət göstərən “Pərvanə” ədəbi məclisinə gəlmişdi. Deyəsən, anası gətirmişdi. Sonradan özündən böyüklərin yanında oldu, özünü onlara tay tuta bildi.

Mövlud tez böyüdü, çox tez. Elə aramızdan da çox tez getdi, lap tez...

O gündən bəri xatirələrimi çözürəm... Ərkyana “Yeni xəbər” qəzetinin redaksiyasına gəlişi... O vaxt onun dostluq etməyə başladığı adamlar işləyirdi, əməkdaşlıq edirdi bizimlə. Zahir Əzəmətin, Günel Mövludun, Sevinc Pərvanənin, İntiqam Hacızadənin, El-sevərin, Elnur Astanbəylinin, Aqşin Yeniseyin əməkdaşlıq etdiyi həftəlik qəzet üçün yazı gətirmişdi. Sıxılmaq yox idi, tay-tuşlar kimi. Yazısını dərc etdim, ilk qonorarını bizdən aldığını dedi...

17-ci mərtəbədən hansı sürətlə, hansı ağırlıqla yerə çırpılmışdısa da, onun ölüm xəbəri beynimə elə sancıldı, ürəyimi elə sızlatdı... Əlimi sinəmə sıxdım, mənə elə gəldi ki, sinəmdəki karset də dözmədi bu çırpıntıya...

Mövludun iş otağına girdim o gün. İşlədiyi kompüterin monitorundan gülümsər, həyatsevər siması boy verirdi. Klaviaturanın üstündə qara lentlə kəmərlənmiş 6 ədəd qərənfil qoyulmuşdu. İçdiyi “Koko-kola”nın plastik qabı, çay içdiyi qırmızı xallı parçı və iki ədəd konfet kağızı... ondan stolun üstündə qalan son nişanələr... Heç kimin əli qalxmamışdı onları götürə...

Yan otağa keçdim. İş yoldaşlarının sifətlərinə qəmin, kədərin, təəssüfün rəngi...

Nə rəngdir bu? İfadə edə bilmirəm...

Uşaqlar deyir, həmin gün işdə olub, halı pis deyilmiş. Amma əvvəlki vaxtlarla müqayisədə çox sınmış görünürdü...

Onu dostları çox sevirdi...

Öz iş otağıma qalxıb, inboksuma gələn yazılara baxdım. Nərmin Kamal Mövludun ona yazdığı mesajları gec oxuyubmuş. “Allah mənim bəlamı versin”, - Nərmin yazıb mənə.

Aynur Cavid: “Dayanmadan ağlayıram. Elnarədə (Elnarə Tofiqqızı) də belə oldum, nə gələ bilirəm, nə də bir tanıyanla danışa bilirəm. Sadəcə, dünyanın unudulmuş bir küncündə yaşayıram”.

Dəfnində qələm dostları, həmkarları oldu. Aynur xanım ayrıca avtobus kirayələmişdi.

Mətbuatdan bildim ki, dəfnində övladının anası, həm də həmkarı Sevinc də olmayıb... Sarsılıb?

Mövludun onu çox istədiyini hamı bilirdi. Onu necə qoruyurdu, əzizləyirdi, zarafat edirdi, işdən gedəndə ötürürdü, işə gələndə qarşılayırdı... Niyə o Mövludu son mənzilə ötürmədi?

Heç bilmirəm nə yazım, nələri yazım... Yarımçıq saxlayıram. Mövludun ömrü kimi... (axar.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar