Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mövlud öz təqdimatından nə danışardı?


Mövludun kitabı gəldi, yadıma Mövludlu günlər düşdü...


Hər gün “28 May” metrosunun çıxışında görüşürdük. Mövlud soruşurdu: “Cibində nə qədər pul var?” Mən də deyirdim: “Diri beş”. Gülümsünür, “getdik” deyirdi.
 
Hansısa ucuz kafelərin birində əlini-qolunu sallaya-sallaya danışırdı: “Kitabımı çıxaracam. Balaca bir kitab. Adını da tapmışam”.
 
“Nə qoyacaqsan?”
 
“Çətirsiz”
 
Elə indi “Çətirsiz” əlimdədir, üz qabığında islanmış küçəylə gedən tənha bir adam, arxasında Mövludun əl eləyən şəkli...
 
O şəkilin də hekayəsi var. Dostumuz Şahin Yüksəllə Mövludu gözləyirdik. Həyat dolu, insanı yaşamağa səsləyən bir hava vardı. Şahin fotoapartını çıxarıb maraqlı kadr axtarışındaydı. Bu vaxt mənim gözlərim tünlüyün arasında gülümsəyərək bizə yaxınlaşan Mövludu gördü. “Çırrık, çırık” – Şahin Mövlud əl eləyəndə çəkdi bu şəkli. Bu şəkil Mövludun ən yaxşı şəkli oldu.
 
Mövludun hekayələri də özü kimidir: bir az əsəbi, bir az tələskən və bir az da qəmli. Necə danışırdısa əhvalatı, o cür də yazırdı. İndi çantamda daşıdığım, dəfələrlə oxuduğum bu hekayələri bir də oxudum. Bu dəfə Mövludsuz...
 
Ağrılı, əzablı hekayələr...
 
Mövlud kimi gərgin, tez özündən çıxan, küsəyən...
 
Selincervari, qəribə, sirli hekayələr...
 
“Təzə hekayəmi oxudun?” – həmişə soruşardı.
 
“Hə, oxudum”.
 
“Nə təhər yazmışam, sən canın?”
 
“Yenə ağlaşma qurmusan.”
 
Əlini-əlinə vurub şaqqanaq çəkir.
 
Başqa bir dialoqumuz:
 
“Təzə roman yazıram” – müdrik ədayla danışır.
 
“Nə qədər yazmısan? Nədəndi?”
 
“Birinci cümləsi hazırdı”.
 
Bir-birimizə baxıb gülürük.
 
Keçən dəfə “28 May” metrosu yaxınlığında, həmişə oturduğumuz kafeyə getdim. Mövludun kitabı da yanımda...
 
Həmişə bizə xidmət eləyən xanım mehribanlıqla nə istədiyimi soruşdu.
 
Bir anlıq düşündüm ki, o, Mövludun öldüyündən xəbərsizdi. Və o anda qəribə bir hiss doldu içimə: biz də elə bu qadın kimi xəbərsiz olsaq nə gözəl olardı. Elə bil heç o intihar hadisəsi yoxdu. Bir azdan Mövlud gələcək. Masaya iki stəkan qoysun bu qadın. Mən də Mövludun kitabını vərəqləyim. O da gəlib kürəyimə vursun və desin ki, nə təhər yazmışam?...
 
Kitabının imza günüdür. Mövlud da işi çıxıb gələ bilməyib. Axşam kafedə görüşəndə soruşur:
 
- Kimlər gəlmişdi?
 
- Səfər, Murad, Fəxri, Şərif...
 
- Yaxşı da... Məzələnmə...
 
- Vallah...
 
- Kəramət aparırdı tədbiri...
 
- Nə deyirdi, sən canın?
 
- Deyirdi, Mövludun gözəl qələmi var...
 
- Pah! Bəs Şərif?
 
- O da deyir, gələcəyin böyük yazıçısı olacaq.
 
- Səfər nə deyirdi, Səfər?
 
- İstedadlıdır deyirdi...
 
- Gör necə aldatmışam e hamısını... – deyib əlini mənə uzadacaq, mən də əlimi vuracam, sonra da uğunub gedəcəyik...
 
Mövludu həmişə gülüşlə xatırlayıram...
 
Uşaq gülüşü ilə...
 
Bu hekayələr də öz uşaqlığının axtarışına çıxmış bir insanın tənhalığıdır...
 
Mövlud tənhalığı...

Ayxan Ayvaz(kulis)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar