Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvanın yeni erməni dərdi


Rusiya forpostu üçün qarşılıqlı ticarət əlaqələrinin yeni yollarını axtarır


"Rusiyanın Federal Gömrük Xidməti (RFGX) Ermənistanla qarşılıqlı ticarət əlaqələrinin yeni yollarını axtarır. Buna səbəb bu ölkənin Rusiyanın və Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olan digər ölkələrlə sərhəddinin olmamasıdır." 

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu RFGX-nin sədri Andrey Belyaninov deyib.

O, sanki Ermənistanı Rusiyanın ərazisi hesab edərək onun adından danışıb: "Biz gürcü həmkarlarımızla bir neçə dəfə bu barədə müzakirə aparmışıq. Sonuncu dəfə Türkiyənin Antalya şəhərində görüşdük. Üçtərəfli görüşdə türk mallarının Ermənistana çatdırılması üçün loqistik marşurutları nəzərdən keçirdik. Çünki biz erməniləri unuda bilmərik. Erməni həmkarlarımızla hər gün əlaqə yaradırıq. Sərhədlərimizin olmaması əlavə çətinliklər yaradır, bu məsələnin həllinə çalışacağıq."

Onun fikrincə, Ermənistana avtomobil daşınmaları Gürcüstan vasitəsilə həyata keçirilə bilər. Həmçinin Gürcüstanın Poti limanı vasitəsilə və hava nəqliyyatı ilə daşınmalar mümkündür.

A.Belyaninov Türkiyə, Gürcüstan və Azərbaycan nümayəndələri ilə bu ilin noyabrında Tiflisdə görüş keçiriləcəyini və tranzitlə bağlı problemlərin mütəxəssislər tərəfindən daha geniş müzakirə ediləcəyini vurğulayıb.
Təbii ki, RFGX sədri Andrey Belyaninovun bu cənfəşanlığını başa düşmək o qədər də çətin deyil. Bu, bir daha Ermənistanın mütəqil olmadığını, Rusiyanın həqiqi forpostu olduğunu göstərir. Göründüyü kimi, Ermənistanın taleyi ilə özləri yox, Rusiya maraqlanır və narahatlıq keçirir. Çünki Ermənistanın Aİİ-yə qəbulu Rusiyanın təsiri ilə baş tutub və Rusiya bu ölkəyə çox-çox vədlər verib. Amma halva-halva deməklə ağız şirin olmur. İndi Rusiyanın özündə və Ermənistanda iqtisadi durum tamamilə çətinləşib, necə deyərlər, bıçaq sümüyə dirənib. 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar