Moskvadan İrəvana gedən avtobus Gürcüstan ərazisində aşıb
PİA.AZ “Report”-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan ictimai yayımının Birinci kanalı məlumat yayıb.
Qeyd olunur ki, insident Tbilisi – Teleti yolunda baş verib.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, qəza nəticəsində 3 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri sabitdir
pia.az