Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskvadakı baza Azərbaycan klubuna sponsorluq edə bilər


Futbol üzrə Azərbaycan çempionatının birinci divizionunda sona iki tur qalmasına baxmayaraq, “Turan Tovuz” artıq elitaya vəsiqəni təmin edib


Əsgər Abdullayevin komandası 24-cü turda doğma meydanda MOİK-i minimal hesabla udmaqla, bu vəzifənin öhdəsindən gəlib.

Amma yayılan xəbərlərə görə, “Turan Tovuz” premyer-liqada çıxış etmək üçün lazımi maliyyə dayaqlarına malik deyil. Düzdür, komandanın normal stadionu, aşağı yaş qruplarında komandaları var.  Amma maliyyə zəmanəti olmadığından klub premyer-liqaya buraxılmaya bilər.

Artıq bir çox tovuzlu ziyalılar kluba kömək etmək üçün imkanlı həmyerlilərinə müraciət etmək istəyirlər. Hətta əslən Tovuzdan olan millət vəkili Qənirə Paşayeva belə “Tovuz Turan” üçün həyəcan təbili çalsa da, indiyədək heç kim bu məsuliyyətin altına girmək istəmir.

Amma deyəsən işıq ucu görünməyə başlayıb. Moskvadakı mənbələrdən Lent.az-a daxil olan məlumata görə, Rusiya paytaxtının ən böyük meyvə-tərəvəz bazası sayılan “Fud-Sity”  “Turan Tovuz”a sponsorluq edə bilər. Mənbənin dediyinə görə, əslən Tovuzdan olan İlham Rəhimovun da pay sahibi olduğu bu bazanı əslən Qubadan olan milyonçular Qod Nisanov və Zarah İliyev idarə edir. Mənbənin dediyinə görə, İlham Rəhimov ona edilən müraciətlərdən sonra doğma rayonunun klubuna dəstək vermək qərarına gəlib. (lent.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar