Rusiyanın paytaxtı Moskvada, "Sadovod" ticarət kompleksinin ərazisində güclü yanğın baş verib
PİA.AZ APA-ya istinadən xəbər verir ki, yanğının söndürülməsinə 100 yanğınsöndürən və 30 texnika cəlb olunub.
Bazarın 1-ci mərtəbəsində başlayan yanğın 300 kvadratmetr ərazini əhatə edib.
Yanğın zamanı 40 nəfər təxliyə olunub. Hazırda yanğın söndürülüb, tələfat yoxdur. İnsidentin səbəbləri araşdırılır.
pia.az