Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Moskva meri Azərbaycan prezidentinə məktub göndərib


Moskva şəhərinin meri Sergey Sobyanin İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib


Təbrikdə deyilir:
 
"Hörmətli İlham Heydər oğlu. Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi Moskva hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm. Azərbaycan xalqı demokratik və iqtisadi dəyişikliklərin daha da inkişaf etdirilməsi, sabitliyin, dövlətçiliyin möhkəmləndirilməsi xeyrinə mühüm seçim etdi. Bu seçim Rusiya ilə mehriban qonşuluğun və çoxtərəfli əməkdaşlığın da inkişafına töhfə verəcək. Azərbaycan Respublikası ilə qarşılıqlı fəaliyyət bizim yaxın xarici ölkələrlə çoxtərəfli əlaqələrimizin prioritet istiqamətlərindən biridir. Əminəm ki, tərəfdaşlığımızın keyfiyyətcə yeni inkişaf səviyyəsinə çatması üçün hazırda ən əlverişli şərait mövcuddur. Biz də öz tərəfimizdən bu prosesin sürətləndirilməsi üçün nə lazımdırsa etməyə hazırıq. Ölkələrimiz arasında yaranmış konstruktiv əlaqələri qardaş xalqlarımızın tərəqqisi naminə inkişaf etdirmək üçün Sizin səylərinizi yüksək qiymətləndiririk.  Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirik".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar