Avropa Birliyi Şimali İraq Kürd Muxtariyyətinin rəhbərliyini referendum qərarını ləğv etməyə çağırır
Axar.az xəbər verir ki, bu sözləri Avropa Birliyinin baş diplomatı Federika Moqerini deyib.
“Avropa Birliyinin İraqın müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiyini xatırladıram. Referendum qərarı kimi birtərəfli addımlar kontr-produktiv addımlardır. Belə hallardan qaçmaq lazımdır”, - Moqerini bildirib.
Xanım siyasətçi həmçinin məsələnin Bağdadla ŞİKM arasında sülhməramlı dialoqlar çərçivəsində həll edilməli olduğunu qeyd edib.
pia.az