Monqolustan Prezidenti Prezident İlham Əliyevə təbrik məktubu göndərib
PİA.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, təbrikdə deyilir:
Zati-aliləri cənab Prezident.
Monqolustan ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaq istəyirəm.
Əminəm ki, Monqolustan ilə Azərbaycan arasında dostluq əlaqələri və əməkdaşlıq nəinki ikitərəfli, eyni zamanda, beynəlxalq və regional səviyyələrdə genişlənəcək.
Zati-aliləri, Sizə möhkəm cansağlığı, əmin-amanlıq, dost Azərbaycan xalqına rifah arzulayıram".
pia.az