"Zirə" heyətini daha bir futbolçu ilə gücləndirib
PİA.AZ goal.az-a istinadən xəbər verir ki, paytaxt klubu Moldova millisinin üzvü Aleksandr Dedovla anlaşıb. 28 yaşlı yarımmüdafəçi ilə bir il yarımlıq müqavilə bağlanılıb. Dedov ölkəsinin "Milsami" klubundan transfer edilib.
2012-ci ildən Moldova milli komandasında çıxış edən futbolçu yığmada keçirdiyi 39 oyunda 3 dəfə fərqlənib.
pia.az