Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Misirin yeni səfiri Mübariz Qurbanlı ilə görüşdü


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı martın 16-da Misirin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim ilə görüşüb


Bu barədə Misirin Azərbaycandakı səfirliyindən daxil olan məlumatda bildirilir.

Görüşdə yeni təyinatı münasibətilə səfiri təbrik edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iki ölkə arasındakı dostluq münasibətlərinə toxunub. Misirin hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini dəstəklədiyini vurğulayıb. Komitə sədri, eyni zamanda, Azərbaycan və Misir arasındakı din və mədəniyyət sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Söhbət zamanı ölkəmizdəki nümunəvi dövlət-din münasibətləri barədə səfiri məlumatlandıran Mübariz Qurbanlı dinə dövlət qayğısından bəhs edib. Bildirib ki, Ümummilli Lider Heydər Əliyev siyasi kursunun davamçısı Prezident cənab İlham Əliyev milli-mənəvi dəyərlərin qorunmasına, dini ibadətgahların inşasına və bərpasına xüsusi önəm verir. Eyni zamanda, mütəmadi olaraq, müsəlman və qeyri-müsəlman dini icmalarına dövlət büdcəsindən maliyyə yardımı ayrılır. Dövlət Komitəsinin sədri qeyd edib ki, Azərbaycan müxtəlif dinlər, mədəniyyətlərarası qarşılıqlı anlaşmaya xüsusi diqqət ayırır. Azərbaycan Prezidentinin 2016-cı ili ölkədə “Multikulturalizm ili”, onun məntiqi davamı olaraq ötən ili “İslam Həmrəyliyi İli” elan etməsi buna ən yaxşı nümunədir.

Adel İbrahim Ahmed İbrahim səfir kimi qısa müddətdir ki, fəaliyyətə başlamasına baxmayaraq, ölkəmizdəki inkişafın, sabitliyin, dini dözümlülüyün yüksək səviyyədə olmasının əyani şahidi olduğunu deyib. Azərbaycanla Misir arasında ikitərəfli əlaqələrə toxunan diplomat iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini vurğulayıb. Ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəməyəcəyini söyləyib.

Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda səfirə Dövlət Komitəsinin ərəb dilində nəşr etdirdiyi işğal altındakı maddi-mənəvi irsimizin məhv edilməsi faktlarının əks olunduğu “İşğal altındakı tarixi-dini abidələrimiz” kitabı təqdim edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar