Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Misirdə Yaxın Şərqin və Afrikanınən böyük hərbi bazası açılıb


Bu gün Misirdə Aralıq dənizi sahilində İsgəndəriyyənin qərbində yerləşən Al-Hamam şəhərində “Məhəmməd Nacib” hərbi bazasının açılış mərasimi keçirilib


Mərasimdə Misir Prezidenti Əbdülfəttah əs-Sisi, ərəb və digər ölkələrin rəsmi şəxsləri, ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri iştirak ediblər. Misirin ilk prezidentinin şərəfinə adlandırılan “Məhəmməd Nacib” hərbi bazası Yaxın Şərqdə və Afrikada ən böyük hərbi bazadır.

Misir Prezidenti dövlət bayrağını qaldırıb və müxtəlif ixtisaslar üzrə ali hərbi məktəblərin məzunlarının paradını qəbul edib. Hərbi bayramın ən maraqlı məqamı Misir Hərbi Hava Qüvvələrinin “Gümüş ulduzlar” yüksək pilotaj qrupunun çıxışı olub.

Bazanın ərazisində mindən çox tikili, o cümlədən kazarma, zabit heyəti üçün yaşayış binası, idman obyektləri, hərbi təlim meydançaları var. Bazada hərbi texnika, o cümlədən yüzlərlə tank, vertolyot, kater, hava hücumundan müdafiə sistemi yerləşdirilib(azərtac).

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar