Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mirzə Fətəli Axundzadə haqqında yeni monoqrafiya


Bu günlərdə “Elm və təhsil” nəşriyyatında ədəbiyyatşünas alim Şahbaz Şamıoğlunun “Mirzə Fətəli Axundzadə (dövrü, elmi bioqrafiyası və müasirləşmə konsepsiyası)” monoqrafiyası çap edilib


Monoqrafiyanın elmi redaktoru və ön sözünün müəllifi AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir. Akademik İsa Həbibbəyli “Mirzə Fətəli Axundzadə haqqında çox yazmaqla yaxşı yazmağın arasında” adlı dərin məzmunlu və əhatəli ön sözündə monoqrafiyanın elmi əhəmiyyətindən bəhs edib, tədqiqat əsərini “Mirzə Fətəli Axundzadə haqqında müstəqillik işığında yenidən çox yazmağın parolu, yaxşı yazmağın təzə bir nümunəsi” kimi dəyərləndirib.

AMEA Nizami adına Ədəbiyyat İnstitutu Elmi Şurasının qərarı ilə çap olunan monoqrafiyaya filologiya üzrə elmlər doktoru, professor Alxan Bayramoğlu və filologiya üzrə fəlsəfə doktoru Güldəniz Qocayeva rəy veriblər. Qeyd edək ki, bu, Şahbaz Şamıoğlunun sayca altıncı, M.F.Axundzadəyə dair ikinci monoqrafiyasıdır. Bundan əvvəl onun böyük yazıçının müasirləri ilə ədəbi-ictimai əlaqələrinin tədqiqinə həsr olunmuş “Mirzə Fətəli Axundzadənin gürcü müasirləri” (2012) əsəri işıq üzü görüb.

Üç fəsildən ibarət olan “Mirzə Fətəli Axundzadə (dövrü, elmi bioqrafiyası və müasirləşmə konsepsiyası)” monoqrafiyası mütəxəssislər, ali məktəblərin tələbələri və magistrlər üçün nəzərdə tutulub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar