Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mirzə Cəlili oxuyub…falçı yanına gedənlər


Cəlil Cavanşır yazır


Bir göz qırpımında keçib gedən son 150 ildə biz xalq olaraq eyni problemlər arasında çabalamışıq.

Axundovdan, Sabirdən, Mirzə Cəlildən bu yana, demək olar ki, heç nə dəyişməyib. Həmişə gülməli vəziyyətlərdə olsaq da, özümüzdən razılığımız, müştəbehliyimiz zərrə qədər də azalmayıb. Elə indi də özümüzə vurğunluğumuz davam edir. Biz xalq olaraq səhvlərimizdən dərs çıxarmağı şənimizə sığışdırmayacaq qədər dikbaşlar və müştəbehlərik. Keçmişimizlə öyünə-öyünə, bu günümüzə qənim kəsilmişlərik...

Kimi tərpətsən füsunkar təbiətdən, doqquz iqlim qurşağından, muğamdan, adət-ənənələrdən danışır. Cəhalətimizdən, xurafatımızdan, qaraguruhumuzdan danışan isə yoxdur. Biz son 150 ildə görkəmcə dəyişsək də, mahiyyətimizə sadiqliyimizi qoruyuruq. Çayxana-meyxana səviyyəsindən yuxarı qalxa bilməmişik. Özümüzü tanımağımız üçün toylarımıza, yaslarımıza, televiziyalarımıza, mədəni tədbirlərimizə, musiqi zövqümüzə, çəkilən filmlərimizə, tamaşalarımıza baxmaq kifayət deyilmi?

Ötən əsrin əvvəllərində də zəncir vurub, başımızı yarıb özümüzü öz qanımıza bulayırdıq, indi də. 

O zaman da etdiklərimizə din, iman donu geyindirirdik, indi də. 

O zaman da ziyalılarımıza gülürdük, mədəni inkişafdan geri qalırdıq, indi də.

Şaha da, sultana da, çara da boyun əymişik. Üstümüzdə ağalıq edən ərəbi də, farsı da, rusu da tanrı kimi qəbul etmişik, sevmişik. Amma onlar tezliklə bizdən bezib, bizim barbarlığımızdan qorxmağa, bizə nifrət etməyə başlayıb. Biz düşmənimizi də sevmişik, başa düşürsünüz? Rusa da, farsa da yaltaqlanmaqdan, onları xilaskar elan etməkdən utanmamışıq. Tariximiz, ədəbiyyatımız bu cür iyrəncliklərlə doludur. Biz imperiyaların tapdağında əzilib, özümüz olmağı unutmuşuq. Özümüzdən olanlara sahib çıxmaq isə ağlımıza da gəlməyib. Axundovun ortalıqda qalan cənazəsi, Hadinin yeri bilinməyən məzarı, Sabirin dərddən şişmiş ciyəri, Mirzə Cəlilin sobada tutuşan əlyazmaları, güllələnənlər, sürgündə ölənlər, mühacirətdə çərləyənlər... hamısı, bizim günahımız, bizim üzqaralığımız deyilmi?

Biz, açıqfikirli insanlara qənim kəsilmişik, onları aldatmışıq, satmışıq, gözdən salmışıq...

Sabiri də, Hadini də dərinə getsək, Müşfiqi də, Cavidi də biz öldürmüşük. İndi kimlərsə qalxıb möhtəşəm mədəniyyətdən, böyük dəyərlərdən, şanlı tarixdən danışanda mən gülürəm. Məni həmişə düşündürür: bir xalq həm Mirzə Fətəlini yetişdirib, həm də onun təbliğ etdiyi dəyərlərə necə qənim kəsilə bilər? Bir xalq dərsliklərdən Sabiri, Mirzə Fətəlini, Mirzə Cəlili, Haqverdiyevi oxuyub necə zəncir vura, başını yara, terrorçuya çevrilə, falçı yanına gedə, cadu etdirə bilər? Bu, necə absurddur? Biz ya dərsliklərimizi oxumuruq, ya da oxuduqlarımızı anlamırıq.

...Dünya xəritəsində meydana çıxdığımız gündən dünya mədəniyyətinə kimləri bəxş etməmişik ki?  Böyük alimlərimiz, böyük şairlərimiz, böyük siyasətçilərimiz, qəhrəmanlarımız kifayət qədərdir. Di gəl ki, bu adamlara sahib çıxmaq əvəzinə, ağız büzmüşük. Onların tənqid etdiyi dəyərləri bağrımıza basmışıq.

Tarix üçün 150 il heç nədir, hansısa xronologiyada bir neçə səhifə... Amma bir xalqın taleyində 150 il ciddi zaman kəsiyidir. 

...150 sonra da zəncir vurub baş yarmamaq, it boğuşdurub xoruz döyüşdürməmək, fala baxdırıb cadu etdirməmək üçün ciddi-ciddi düşünməyin vaxtıdır. (cebhe.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar