Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mirqədirov Bakıda yoxa çıxıb?


Jurnalisti Ankaradan qovdular, Bakıda yoxa çıxdı...


Rauf Mirqədirovun təyyarədən son zəngi – “bazarlıq qurbanı oldum...”;“Ayna-Zerkalo” qəzetinin Türkiyə təmsilçisini qardaş ölkədən deport etdilər; tanınmış yazar şübhələnir ki, onu Türkiyədən Bakıdan verilən sifarişlə çıxarıblar; iki səfir, konsul, XİN təmsilçisi hadisə ilə bağlı açıqlamalar verdilər; təyyarə gəldi, Mirqədirov qeybə çəkildi...

“Ayna-Zerkalo” qəzetinin Türkiyə təmsilçisi, siyasi şərhçi Rauf Mirqədirovun Türkiyədən deportasiya edilməsi barədə qərar çıxarılıb. Ailəsi və işlədiyi media quruluşunun rəhbərliyi məlumat yayıb ki, artıq jurnalist polisin müşayiəti ilə Ankara-Bakı təyyarəsinə mindirilib və o az sonra Bakıda olacaq.

Rauf Mirqədirov özü təyyarədə olarkən Ankarada yaşayan jurnalist Zaur Bayramlıya telefon açıb.

Z.Bayramlı müsavat.com-a deyib ki, Mirqədirov başqasını telefonu ilə zəng edib. R.Mirqədirov deyib ki, onun problemləri baş nazir Ərdoğan Bakıdan dönən kimi başlayıb: “8 apreldə akkreditasiyam heç bir əsas olmadan ləğv olundu. Dərhal da ölkəni tərk etmək tələbi qoyuldu”. “Ayna”-“Zerkalo” qəzetlərinin Türkiyə təmsilçisi həmkarına deyib ki, gümanınca o, “iki ölkə rəhbərlərinin bazarlaşmasının” qurbanı olub. Mirqədirov şübhələnir ki, Ərdoğan rəsmi Bakıya Azərbaycanda sıxışdırılacaq türkiyəlilərin siyahısını verib. 

Rəsmi Bakı da Ərdoğana qarşılıqlı bir siyahı təqdim edib. Mirqədirov şübhələnir ki, həmin siyahıda onun da adı var və onu Türkiyədən Azərbaycan hökumətinin tələbi ilə çıxarırlar: “Mən Türkiyə hökumətini qəzəbləndirəcək, deportasiyama səbəb olacaq heç nə yazmamışam”, deyə, jurnalist fikirlərini arqumentləşdirib.

Rauf Mirqədirov Z.Bayramlıya deyib ki, əgər onu Azərbaycandan verilən təlimatla deportasiya edirlərsə, o zaman onu Bakı hava limanında həbs edə bilərlər: “Buna görə də xahiş etdi ki, hava limanına mümkün qədər çox jurnalist gəlsin”. Zaur Bayramlı müsavat.com-un müxbirinə deyib ki, deportasiya olunan yazar təyyarədən ona 3 dəfə zəng edib: “Ən sonuncu  danışığımız təyyarə uçuşa qalarkən oldu. Mən ondan soruşdu ki, yanında Türkiyə polislərindən varmı? Dedi ki, yoxdur, sərbəstdir. Sonra stüardessanın tələbi ilə telefonu qapatdı, çünki təyyarə havaya qalxırdı...”

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı “Yeni Musavat”a açıqlamasında deportasiya faktını təsdiqləyib: “İki həftə bundan əvvəl heç bir səbəb göstərmədən onun akkreditasiyasını ləğv ediblər. Mən 10 gündür Türkiyənin Bakıdakı səfirinə məktub da yazmışam ki, bunun səbəbini izah etsinlər, heç bir cavab vermirlər. Raufun özünə də heç bir izahat, cavab vermirlər. Pis vəziyyətdir. Ona 23 apreləcən vaxt veriblərmiş. Dünən də Rauf ölkəni tərk etmək istəyəndə həyasızcasına tutublar, gecənin yarısında yoldaşını, uşağını küçədə qoyublar”. E.Şıxlı dedi ki, R.Mirqədirovla danışa bilməyib: “Həyat yoldaşı ilə danışmışam, Raufla danışmağa isə imkan verməyiblər”. 

E.Şıxlı bildirdi ki, R.Mirqədirov 2010-cu ilin avqustundan Türkiyədə çalışır. İndiyə qədər heç bir problem olmayıb. E. Şıxlı “Yeni Müsavat”ın müxbirinə deyib ki, yazarın Azərbaycan hakimiyyəti ilə də heç bir ciddi problemi olmayıb: “Nəyi varsa, yazılarındadır. Onun başqa fəaliyyət növü yoxdur...”

Qeyd edək ki, “Ayna-Zerkalo” qəzetinin icmalçısı Rauf Mirqədirovun saxlanması xəbərini ilk olaraq Türkiyədə yaşayan azərbaycanlı jurnalist Şeyda Nəsibli paylaşıb. Onun qeydləri də maraqlıdır: “Mirqədirov turist vizası almaq üçün Gürcüstana gedib qayıtmaq istəyirmiş. Amma dünən gecə avtobusdan düşürdülüb və polisə aparılıb. Ölkədən deportasiya olunacaq. Böyük qızı Türkiyədə məktəbə gedir. Həyat yoldaşının da akkreditasiyası ləğv edilib. Amma deportasiya qaydaları həyat yoldaşına şamil olunmayacaq”,-deyə Ş.Nəsibli yazıb.

XİN-in mətbuat katibi Elman Abdullayev mövzu ilə bağlı müsavat.com-a deyib ki, R.Mirqədirovun akkreditasiyası dayandırılıbsa, bu, həmin ölkənin səlahiyyətidir: “Hər bir ölkənin özünün müstəqil akkreditasiya siyasəti var”.

Məsələ ilə bağlı araşdırma apararkən Türkiyənin Azərbaycandakı səfiri Alper Coşqunla əlaqə saxlayıb jurnalistlə bağlı baş redaktor Elçin Şıxlının səfirliyə ünvanladığı sorğusuna münasibət öyrənmək istədik. Səfir dedi ki, o, hazırda Türkiyədə olduğundan bu məsələdən xəbərsizdir: “Əgər belə bir qərar verilibsə, demək səbəbsiz deyil. Mənim bu barədə bir söz deməyim düzgün olmaz”.

Azərbaycanın İstanbuldakı konsulu Həsən Zeynalov bildirdi ki, bu barədə ancaq mətbuatdan oxuyub və detallı məlumatı yoxdur.

Azərbaycan Türkiyədəki səfiri Faiq Bağırov dedi ki, bununla bağlı mətbuat katibinə müraciət etmək lazımdır. Səfirliyin mətbuat katibi Elsevər Salmanov bildirdi ki, R.Mirqədirovun deportasiyasının Azərbaycanla bağlılığı yoxdur: “Bu, Türkiyə tərəfinin qərarıdır”. Mətbuat katibi səfirliyin Türkiyə XİN-ə sorğu göndərmədiyini vurğuladı: “Türkiyənin suveren hüququdur ki, öz ərazisində istənilən jurnalistin çalışmasına izn verməsin və bunun da səbəbini açıqlamaq məcburiyyətində deyil”. R.Mirqədirovun vəkillə təmin olunub-olunmadığına gəldikdə, mətbuat katibi “bu haqda bizdə məlumat yoxdur” deməklə kifayətləndi. Əlavə etdi ki, akkreditasiyası ləğv edilən jurnalist yaxın zamanda ölkəni tərk etməlidir.

Türkiyədən deportasiya edilən azərbaycanlı jurnalist və siyasi şərhçi Rauf Mirqədirov polisin müşayiəti ilə Ankara hava limanına gətirilib və Bakıya uçan təyyarəyə mindirilib. Musavat.com-un məlumatına görə, jurnalist həyat yoldaşına saxlanılması ilə bağlı məlumat verə bilib. Rauf Mirqədirovun sözlərinə görə, polisdən ona bildirilib ki, hər hansı cinayət və ya digər qeyri-qanuni əməllə bağlı onlarda məlumat yoxdur. Sadəcə olaraq, Türkiyə hakimiyyətinin yüksək dairələrindən jurnalistin deportasiyası barədə göstəriş gəlib. Rauf Mirqədirova 12 ay müddətinə Türkiyəyə giriş yasağı qoyulub.
Xatırladaq ki, R.Mirqədirov son aylar Türkiyədən deportasiya edilən ikinci azərbaycanlı jurnalistdir. Fevral ayında “Today’s Zaman” qəzetinin azərbaycanlı yazarı Mahir Zeynalovun deportasiya olunmasında hökumət əleyhinə və xüsusən də ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğana qarşı davamlı ittihamlar irəli sürməsi amilinin səbəb olduğu iddia edilirdi.

*  *  *
Jurnalisti Ankaradan Bakıya gətirən təyyarə 16.50-də Binə hava limanına enib. Hava limanına gedən əməkdaşımız Fərahim İlqaroğlu müsavat.com-a deyib ki, müvafiq posedurdan sonra bütün sərnişinlər hava limanını tərk ediblər. Ancaq Rauf Mirqədirov görünməyib. 

Onu gözləyən 15-ə qədər jurnalist jurnalistin harada saxlandılğını, yaxud hara aparıldığını öyrənməyə çalışıblar.

“Yeni Müsavat”ın reportyoru Fərahim İlqaroğlunun verdiyi məlumata görə, Rauf Mirqədirovun hava limanında saxlandığı, dindirilməyə aparıldığı barədə rəsmi olmayan xəbər alıblar. Reportyorumuz deyib ki, hava limanına bir qrup KİV rəhbəri və vəkil Fuad Ağayev də gedib.

Saat 18-də musavat.com-la əlaqə saxlayan müxbirimiz F.İlqaroğlu deyib ki, jurnalistdən heç bir xəbər yoxdur. Hava limanının sərhəd və gömrük xidmətlərindən müxbirimizə deyiblər ki, belə bir adamın ölkə sərhəddini keçməsi qeydə alınmayıb. Bu da Mirqədirov barədəki müəmmaları artırıb. Müxbirimizə hava limanındakı KİV rəhbərlərindən biri deyib ki, bütün əlamətlərə görə Rauf Mirqədirovu təyyarədən enən kimi saxlayıb, aparıblar.
Daha sonra müsavat.com qeyri-rəsmi məlumat alıb ki, icmalçını təyyarədən enən kimi MTN əməkdaşları saxlayaraq, dindirmək üçün aparıblar.

Jurnalistin işlədiyi qəzetlərin baş redaktoru Elçin Şıxlı və yaxınları heç bir məlumat ala bilməyib. Yaxınları müsavat.com-a deyiblər ki, hava limanı rəsmiləri onlara belə bir cavab verib: “Rauf Mirqədirov adlı birisinin Azərbaycana qayıtması barədə heç bir məlumata və fakta malik deyillər”.

Lakin yuxarıda da diqqət etdiyiniz kimi, Ankarada yaşayan Zaur Bayramlı müxbirimizə deyib ki, R. Mirqədirovla sonuncu dəfə uçaq havaya qalxmazdan bir neçə saniyə öncə danışıb.

Qəzet çapa gedərkən R. Mirqədirovla bağlı yaranmış müəmma davam edirdi.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar