Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mir Cəlal Paşayevin dosent qızı



Azərbaycanda tanınmış simaların övladları ilə bağlı məlumatlarar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə... Cəmiyyətin bütün təbəqələri kimi, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da... Ümumiyyətlə, məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...


PİA.AZ xəbər verir ki, modern.az saytı “Məşhurların övladları” adlı rubrikasına davam edir. Bu rubrikada ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilmədiyiniz bilgiləri sizə təqdim etməyə çalışırıq.

Budəfəki təqdimatımız Azərbaycan Respublikasının əməkdar elm xadimi, yazıçı, ədəbiyyatşünas alimMir Cəlal Paşayevin qızı Ədibə Paşayevahaqqındadır.

Mir Cəlal Paşayev Cənubi Azərbaycanda doğulandan sonra ailəsiylə birgə Gəncəyə köçüb, burada orta təhsilini bitirdikdən sonra Kazan Pedaqoji İnstitutunda ali təhsil alıb. Sonralar jurnalist kimi "Kommunist", "Gənc işci" qəzetlərində işləyib, müəllim kimi Azərbaycan Pedaqoji İnstitutunda, Azərbaycan Dövlət Universitetində dərs deyib. Böyük Vətən Müharibəsində iştirak edən Mir Cəlal Paşayev sonralar əsəbi əsərlərilə məşhurlaşıb, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb, bir çix mükafatlarla təltif olunub.

1978-ci ildə vəfat etmiş Mir Cəlal Paşayevin həyat və yaradıcılığı bu gündə öyrənilir, əsərləri tədris olunur.

Ədibə Mir Cəlal qızı Paşayeva 18 iyul 1943-cü ildə Bakı şəhərində anadan olub. 1960-65-ci illərdə Azərbaycan Dövlət Universitetində (ADU) təhsil alıb. Ədibə xanım ali təhsilini bitirdikdən sonra əmək fəaliyyətinə ADU-da başlayıb. 1969-cu ildən 1979-cu ilə qədər ADU-nun rus ədəbiyyatı kafedrasının müəllimi 1979-cu ildən baş müəllimi, 1988-ci ildən xarici tələbələr üçün rus dili kafedrasının müdiri işləyib. 

2004-cü ildən BDU-da humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri olan Ə.Paşayeva 2005-ci ildən həmin kafedranın dosentidir. Linqvodidaktika, rus ədəbiyyatı tarixini tədqiq edən Ə.Paşayeva bir neçə kitabın müəllifidir.

Ə.Paşayeva hazırda da BDU-nun humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri, dosent vəzifəsində çalışmaqda davam edir. Ailəlidir, iki övlad anasıdır.

Ədibə Paşayeva Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın bibisidir.




pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Almaniyada futbol matçı zamanı iğtişaş: 155 polis xəsarət aldı

Türkiyəli diplomat İƏT Baş katibinin islamofobiya üzrə xüsusi nümayəndəsi təyin edilib

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar