Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MirHəsən Seyidov: “Azərbaycan Gənclər Siyasəti bir çox ölkələrə nümunədir”


2 fevral tarixinin Gənclər Günü kimi elan olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır


1997-ci il fevralın 2-də ulu öndərin imzaladığı fərmana əsasən, fevralın 2-si Azərbaycan Gənclər Günü elan edilib. Gənclər Günü MDB məkanında, həmçinin, Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təsis edildi və bu gün hər il təntənəli şəkildə qeyd edilir.  

Azərbaycanda gənclər hərəkatının , 300-dən çox gənclər təşkilatlarının formalaşması, Milli Məclisin Gənclər və İdman Komitəsi, Prezident Administrasiyası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu kimi dövlət qurumlarının yaranıb fəaliyyət göstərməsi ölkə gəncliyinin inkişafına güclü dəstək verir.

Biz Aprel döyüşləri zamanı gəncliyimizin nə dərəcə vətənpərvər olmasının da şahidi olduq və bundan qürur duyduq. Ölkə Prezidentinin də dediyi kimi təhlükəsizlik məsələlərində biz yalnız gənc nəslə güvənirik. Bu gün sərhədlərimizin keşiyində dayanan, erməni təcavüzkarları ilə üzbəüz səngərdə dayanan gənclərimiz bütün sahələrdə olduğu kimi təhlükəsizlik, müdafiə məsələlərində də ölkəmizin etibarlı əllərdə olmasını göstərirlər.

Azərbaycanda könüllülük hərəkatı da gənclərimizin əsas dəyər verilməli olan fəaliyyəti sayılır. Ölkəmizdə keçirilən beynəlxalq yarışlarda aparıcı qüvvə sayılan könüllü gənclərin də əməyi xüsusi vurğulanmalıdır. Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkil olunmasının bir səbəbi də könüllülərin bu yarışa cidd-cəhdlə hazırlaşması oldu. Onlar IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin dəstəyi ilə müxtəlif təlimlərə cəlb edilir və şəxsi bacarıqlarını artırırdılar. Könüllülər indiyədək ölkəmizdə keçirilən irimiqyaslı idman tədbirlərində yaxından iştirak ediblər. Belə ki, Bakıda keçirilmiş I Avropa Oyunlarında 15 min, "Formula 1” Avropa Qran Prisinin təşkilinə 3500-dən artıq könüllü cəlb olunmuşdur.

Ümumiyyətlə Azərbaycanda həyata keçirilən gənclər siyasəti bir çox ölkələrə nümunədir. Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti də özünün mükəmməlliyi ilə seçilir, gənclərimizə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi bu sahəylə bağlı dövlət proqramlarının olmasını da göstərmək olar. Prezident İlham Əliyev tərəfindən imzalanmış Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət proqramı sənədi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası əsasında hazırlanıb. Dövlət proqramının qəbul olunması bu gün yetişən gənclərin inkişafına dəstək verməklə yanaşı, qarşısına bir çox məqsədlər qoyub. Dövlət proqramı bundan öncəki illərdə həyata keçirilən gənclər siyasətinin uğurlarına hesablanıb. Prezident İlham Əliyev tərəfindən qəbul olunan yeni proqram, gənclərlə görüşü onun Azərbaycanda gənclərin inkişafına, gənclərə yönəlik olan siyasətin əhəmiyyətinə verdiyi önəmin nəticəsidir. Gənclərlə bağlı digər sevindirici amil isə ucqar bölgələrdə formalaşan region gənclərinin də artıq hər mənada inkişaf etməsidir. Biz daimi olaraq region gənclərinin də iştirakı ilə layihələr həyata keçirir, onların hər zaman diqqətdə olduqlarını nəzərlərinə çatdırırıq.

Azərbaycan dövlətinin gənclər siyasətində idman da əsas prioritetlərdən sayılır. Burada əsas məqsəd sağlam gəncliyin yetişməsidir. Qeyd edim ki, bizim bu sahədə də xeyli sayda uğurlarımız, nailiyyətlərimiz var. İdmançılarımız Azərbaycanı beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında layiqincə təmsil edirlər. Beynəlxalq arenada Azərbaycan bayrağının dalğalanması, Azərbaycan himninin səslənməsi bu günün Azərbaycan gəncinin və o gənci formalaşdırıb yetişdirən Azərbaycanın uğurudur.

Bu gün Azərbaycanın inkişafı gəncliyin önündə böyük qapılar, yollar açılıb. Tarixi milli-mənəvi dəyərlərimiz, Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər, eyni zamanda, ölkəmizin zəngin resursları gənclərimizin inkişafı üçün müvafiq şəraiti yaradır. İndi əsas vəzifə gənclərin bu imkanlardan layiqincə yararlanıb, həm öz inkişafını təmin etmək, həm də dövlətimizin mənafeyini etibarlı şəkildə müdafiə edən layiqli vətəndaş kimi formalaşmaq üçün ciddi iradə ilə çalışmalıdır. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir.

Bu il Prezident İlham Əliyevin 2018-ci il 10 yanvar tarixli Sərəncamına əsasən ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi. Bu əslində, dövlətimizin başçısının XX əsr tariximizin ən mühüm hadisələrindən olan cümhuriyyət tarixinə verdiyi yüksək qiymətdir. Gənclərimiz də bu istiqamətdə fəal olmalı, ictimai aktivliyi artırmalı, gənc alimlərimiz bu yöndə daha gərgin işləməlidirlər. Bu il həm də prezident seçkiləri ili kimi yadda qalacaq. Düşünürəm ki, bu dəfə də Prezident seçkilərində gənclərimiz daha aktiv fəaliyyət göstərəcəklər, digər ölkəmiz üçün mühüm əhəmiyyətə malik beynəlxalq və daxili kütləvi tədbirlərdə olduğu kimi, seçkilərdə də aparıcı qüvvə olacaqlar. Heç şübhəsiz ki, gənclərimizin Prezident İlham Əliyev ətrafında sıx birləşib.

İlbəil mədəniyyət, incəsənət, elm və idman sahəsində irəliləyən, zəngin mədəni irsimizin qorunub-saxlanması və inkişaf etdirilməsi üçün addımlar atmağa çalışan, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasını əsas məqsəd bilən, bunun üçün cəhdlər edən gəclərimizin də sırası genişlənir.

Beləcə nəinki 2018-ci ildə, qarşıdakı illərdə də Azərbaycan gəncliyinin daha da inkişaf edəcəyinin, gənclərimizin bütün sahələrdə olan uğurlarımızın əsas memarlarından olacaqlarının və ən əsası, ölkənin gələcəyinin etibarlı əllərdə olacağının bir daha şahidi olacağıq. Gənclər Gününüz mübarək əziz gənclər!

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar