Xüsusi Təyinatlı Milis Dəstəsinin (“OMON) əməkdaşları Minskdə Oktyabr meydanına gələrək 25 martdakı etiraz aksiyasında hüquq-mühafizə orqanları tərəfindən tutulanların azadlığa buraxılmasını tələb edən vətəndaşları saxlamağa başlayıblar
Virtualaz.org TASS-a istinadən bildirir ki, bundan əvvəl hakimiyyət aksiyanın icazəsiz olduğu barədə toplaşanlara xəbərdarlıq edib.
Xatırladaq ki, şənbə günü Belarusun paytaxtı Minsk şəhərində keçirilmiş "Hirsləndirilmiş belarusların marşı" adlı icazəsiz mitinqdə təxminən 300 nəfər saxlanılıb.
Belarus Xalq Respublikası yaradılmasının 99-illiyinə həsr olunmuş, qabaqcadan planlaşdırılmış, amma hakimiyyətlə razılaşdırılmamış təntənəli yürüş elə də baş tutmayıb.
Qeyd edək ki, "Hirsləndirilmiş belorusların marşı" ölkədəki etirazlar seriyasının davamı olmalı idi. Belarus şəhərlərinin küçələrinə müftəxorlar haqqında prezident fərmanına eriraz edən sakinlər, həmçinin hakimiyyətin siyasəti ilə razılaşmayan müxalifətçilər və adi vətəndaşlar çıxırlar.
pia.az