Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Minsk Qrupunun 25 ildir davam edən “Qarabağla oyun oyunu” nə zaman bitəcək?


Fazil Mustafa: “ATƏT-in Minsk Qrupunun formatın dəyişdirmək Azərbaycanın iradəsindən kənar məsələdir”


Arzu Nağıyev: “Rusiyanın Dağlıq Qarabağ məsələsində açar rolun oynamağına baxmayaraq, Rusiyadan müsbət istiqamətdə nəyisə gözləmək düz olmazdı”.

Xəbər verdiyimiz kimi RusiyaErmənistanın xarici işlər nazirləri fevralın 22-də Moskvada Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti və ikitərəfli münasibətləri müzakirə ediblər. Birgə mətbuat konfransında Lavrov münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupu həmsədrlərinin indiki fəaliyyətinə alternativ olmadığını vurğulayıb. O bildirib ki, bunu dəfələrlə AzərbaycanErmənistan rəhbərlikləri də təsdiqləyiblər. Həmçinin Lavrov AzərbaycanErmənistan prezidentlərinin Vyana görüşü, həmçinin Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə Sankt-Peterburq sammitində əldə etdikləri razılaşmaların yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Minsk Qrupunun 25 ildir davam edən “Qarabağla oyun oyunu” nə zaman bitəcək? Bir sıra rusiyalı ekspertlərin fikrincə isə Rusiya yaxın vaxtlarda yeni 3 tərəfli görüş keçirilməsini təklif edəcək. Son günlərdə cəbhə xəttində yaşanan gərginlik fonunda bu 3 tərəfli görüşdən hansısa müsbət nəticələr gözləmək olar?     
  
Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Böyük Birlik Partiyasının sədri, deputat Fazil Mustafaya və politoloq Arzu Nağıyevə müraciət edib:



Fazil Mustafa: “ATƏT-in Minsk Qrupunun ikiüzlü siyasəti ilə bağlı Azərbaycan mövqeyini ortaya qoyub, amma bu qrupun həmsədrlərini dəyişmək dünya siyasətində söz sahibi olmağa bərabərdir”.


Böyük Birlik Partiyasının sədri qeyd edib ki, ABŞRusiya nümayəndələrin dəyişib, onların yerinə kiçik ölkənin təmsilçiləri olsa, sabah RusiyaABŞ bölgəni qarışdıranda, həmin ölkənin təmsilçiləri hansısa bir tənzimləyici fəaliyyət göstərə bilməyəcək:

Azərbaycan ATƏT-in Minsk qrupu və onun həmsədrləri ilə bağlı qəti mövqeyin ortaya qoya bilər. Amma ATƏT-in Minsk Qrupunun formatını dəyişdirmək Azərbaycanın iradəsindən kənar məsələdir. Çünki bu, beynəlxalq güclərlə üz-üzə gəlmək, yaxud da onlarla dirəşmək kimi bir məsələ olardı. Əgər vaxtında Dağlıq Qarabağ problemini biz özümüz həll edə bilsəydik, heç ATƏT müstəvisində bunun uzun müddət uzadılması mümkün olmazdı. ATƏT-in Minsk Qrupunun iki üzlü siyasəti ilə bağlı Azərbaycan mövqe ortaya qoyub, amma bu qrupun həmsədrlərin dəyişmək dünya siyasətində söz sahibi olmağa bərabərdir. 

Biz ABŞRusiya kimi dünya güclərini Dağlıq Qarabağ probleminin içindən necə çıxara bilərik? Lap ABŞRusiya nümayəndələrin dəyişib onların yerinə kiçik ölkənin təmsilçilərini qoysaq da, sabah RusiyaABŞ bölgəni qarışdıranda, həmin ölkələrin təmsilçiləri hansısa bir tənzimləyici fəaliyyət göstərə bilməyəcək. Bütün bunlar reallıqlardır və bu reallıqlara görə ATƏT-in Minsk Qrupunun tərkibib dəyişmək çox çətindir. 

Rusiya yaxın vaxtlarda təşkil edəcəyi yeni 3 tərəfli görüşdən müsbət nəticə gözləmək olmaz. Amma hər halda görüşün təyin olunması ən azı təmas barədə bir nikbinlik yaradır. Bütövlükdə götürəndə isə Qarabağ problemi üçün keçirilən heç bir görüşün nəticəsində fərqlilik və yeni bir sitiuasiya yoxdur”.



Arzu Nağıyev: “Rusiya bir daha göstərir ki, Ermənistan onun vassalıdır və bu istiqamətdə də öz təlimatlarını verir”.


Politoloq Arzu Nağıyev isə qeyd edib ki, ATƏT-in Minsk Qrupunda ikili standartlara yol verilir. Ermənistan birbaşa Fransadan dəstək alır, eyni zamanda başqa dövlətlərdən də dəstək alır. Bu dəstəklərə görə də Ermənistan beynəlxalq qanunları və BMT-nin qəbul etdiyi qətnamələri saymazyana inkar edir:

“Məlumdur ki, bir neçə gün bundan əvvəl Nalbandyanın Rusiyaya səfəri planlaşdırılırdı və Lavrovla görüşü oldu. Görüşdə də təbii ki, əsas məsələlərdən biri məhz Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində hansı addımların atılacağının müzakirəsi idi. Hətta Nalbandyan Lavrov tərəfindən Rusiyanın ordenlərinin biri ilə də təltif edildi. Bu proseslər bir daha göstərir ki, Rusiya məhz Münhen Təhlükəsizlik Konfransından sonra, Nalbandyan azərbayacanlı həmkarı Məmmədyarov və eyni zamanda ATƏT-in Minsk Qrupu və onun həmsədrləri ilə görüşündən sonra rəsmi qaydada Lavrovla görüşməsi müəyyən mətləblərdən xəbər verir. Yəni bu həm təlimatın alınması istiqamətində atılan addımlardır, həm də gələcəkdə, yəni aprel ayındakı seçkilərdə hansı istiqamətdə addımların atılmasından xəbər verir. 

Bildiyimiz kimi aprelin 2-də keçiriləcək seçkidə əsas problem kimi Dağlıq Qarabağda məsələsinin həlli həmişə bir blanşkart kimi götürülüb. Bu istiqamətdə də separatçılara müstəqilliyin söz verilməsi və s. məsələlər ön plana çəkilir. Ermənistan iqtidarının partiya siyahısına bu gün rəhbərlik edən məlumdur. Bu şəxs Ermənistanın müdafiə naziridir. Yəni bütün proseslər gəlib Dağlıq Qarabağ probleminin üzərində dayanır. Rusiya bir daha göstərir ki, Ermənistan onun vassalıdır və bu istiqamətdə də öz təlimatlarını verir. Əsas məqam ondan ibarətdir ki, ümumiyyətlə Rusiya ATƏT-in Minsk Qrupunun həmsədrliyində təmsil olunaraq bu münaqişənin dayandırılmasın və eyni zamanda həllin istəyirmi? Əgər istəyirsə, niyə istəyir və istəmirsə niyə istəmir? Məlum məsələdir ki, əgər Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləsə, avtomatik olaraq Rusiya Ermənistanı itirəcək. 

Arzu Nağıyev: “Bütün bunların hamısı Serj Sərksyan və onun havadarları tərəfindən siyasi məqsədlərə nail olmaq üçün atılan addımlardır”.


Məhz Rusiya Ermənistanı itirməmək üçün nəyin naminə olur-olsun hərbi bazaların Ermənistanda saxlamaq və digər məsələlər üçün Dağlıq Qarabağ münaqişəsini uzadır. Çünki Rusiyanın Ermənistan ərazisində olan hərbi bazası tək Ermənistanda olan hərbi baza kimi qiymətləndirilmir, eyni zamanda RusiyaNATO arasında olan sərhəddir. Buna görə də Rusiyanın Dağlıq Qarabağ məsələsində açar rolun oynamağına baxmayaraq Rusiyadan müsbət istiqamətdə nə isə gözləmək düz olmazdı. Yəni sona qədər Rusiya Qarabağ məsləsinin həllində maraqlı olmayacaq. Rusiyadan başqa, “Qarabağda oyun oynayan” ATƏT-in Minsk Qrupu da məsələnin həllində maraqlı deyil. Mən düşünürəm ki, ATƏT-in Minsk Qrupu BMT-nin patronajlığı altında fəaliyyət göstərən ən normal formatdır. Çünki bu qurumda təmsil olunan hər üç dövlət BMT-nin Təhlükəsizlik Şurasının üzvüdürlər. Bunlardan böyük və normal qərar qəbul edəcək hansı dövlət ola bilər?  

Sadəcə olaraq ATƏT-in Minsk Qrupunda ikili standartlara yol verilir. Ermənistan birbaşa Fransadan dəstək alır, eyni zamanda başqa dövlətlərdən də dəstək alır. Bu dəstəklərə görə də Ermənistan beynəlxalq qanunları və BMT-nin qəbul etdiyi qətnamələri saymazyana inkar edir. Bu proseslərin hamısına baxanda həm təmas xəttində, həm də sərhəddə artıq özbaşınalıq baş alıb gedir. Bildiyimiz kimi son günlərdə cəbhə xəttində böyük gərginlik var. Bunun əsas səbəblərində biri də qondarma qurumun keçirdiyi qondarma referendum vaxtı Azərbaycan ərazisinə qanunsuz gələn bir sıra müşahidəçilərdir. Bu müşahidəçilər də təxribat törədirlər ki, Azərbaycan tərəfi cavab atəşi açsın və onlara göstərsinlər ki, Azərbaycan hərbi təxribatla məşğuldur. Düşünürəm ki, bütün bunların hamısı Serj Sərksyan və onun havadarları tərəfindən siyasi məqsədlərə nail olmaq üçün atılan addımlardır”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar