Cümə axşamı, 21 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Minik maşını mikroavtobusla toqquşdu: 11 yaralı - Yenilənib


Masallı rayonun Xıl kəndində "Ford" markalı sərnişin mikroavtobusu ilə "Hundai" markalı minik maşınının toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.


APA-nın cənub bürosunun məlumatına görə, onlar Rusiya vətəndaşları - 1992-ci il təvəllüdlü Günay Asfarova, 2017-ci il təvəllüdlü Rubina Teymur qızı Asfarova, Bakı şəhər sakinləri - 2006-cı il təvəllüdlü Lalə Cabir qızı Zeynalova,  1977-ci il təvəllüdlü Nərmin Rauf qızı Babayeva, 1946-cı il təvəllüdlü Rubina Şirzad qızı Bayramova, Lənkəran rayon sakiniləri - 1982-ci il təvəllüdlü Ağayar Gülməmməd oğlu Ağayev, 1981-ci il təvəllüdlü Nuranə Cabir qızı Qəhrəmanova, 1967-ci il təvəllüdlü Tünzalə Məzahir qızı Şükürova, 1959-cu il təvəllüdlü Məlahət İsmayıl qızı Məmmədova, Neftçala rayon sakini, 1982-ci il təvəllüdlü Ceyhun Şakir oğlu Hüseynli, Qax rayon sakini, 1982-ci il təvəllüdlü Nəzir İsmayıl oğlu Musayevdir.

Xəsarət alanlar Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

***
 
Masallıda minik maşını ilə mikroavtobus toqquşub.

APA-nın cənub bürosunun məlumatına görə,  Xıl kəndi ərazisində baş verən qəza zamanı 10 nəfər xəsarət alıb.

Xəsarət alanlar Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

pia.az
Etiket:
loading...