Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mingəçevirli gənclər çimərlikdə təmizlik aksiyası keçiriblər


“EKOMƏKTƏB - Gənclərin Ekoloji Maarifləndirmə Proqramı” layihəsi çərçivəsində seminar keçirilib


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və “SAF Həyat Naminə” Gənclər İctimai Birliyinin təşkilati təşəbbüsü ilə Mingəçevir şəhərində “EKOMƏKTƏB - Gənclərin Ekoloji Maarifləndirmə Proqramı” layihəsi çərçivəsində müxtəlif təhsil müəssisələrində (Mingəçevir Turizm Kolleci, Mingəçevir Tibb Kolleci, Mingəçevir Peşə Məktəbi ) təhsil alan şagird və tələbələr və eyni zamanda Mingəçevir Gənclər evinin könüllü gənclərinin iştirakı ilə  seminar və təmizlik aksiyası keçirilib.

Layihənin məqsədi cəmiyyətdə, xüsusilə də yetişməkdə olan yeni nəsil-məktəblilər və gənclər arasında həyata keçiriləcək çoxsaylı ekoloji tədbirlər vasitəsilə geniş ekoloji maarifləndirmə işləri aparmaq və yetişməkdə olan yeni nəsildə ekoloji duyarlılığı formalaşdırmaqdır. Ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən kompleks tədbirlər və əhali  arasında  ekoloji  təbliğatın  və  maarifləndirmənin aparılması  insanların  sağlam  təbii  mühitdə yaşamasına və dünyamızın sağlam gələcəyinə xidmət edir.

Layihənin əsas iştirakçıları müxtəlif təhsil müəssisələrində (Mingəçevir Turizm Kolleci, Mingəçevir Tibb Kolleci, Mingəçevir Peşə Məktəbi ) təhsil alan şagird və tələbələr və eyni zamanda Mingəçevir Gənclər evinin könüllü gəncləri olublar. 

Birlikdən verilən məlumata görə, layihənin icrasıyla bağlı layihə icraçıları Mingəçevir şəhərinə ezam olunublar. 03.06.2017-ci il tarixində layihənin icra planına uyğun olaraq Mingəçevir şəhərində “River Side Hotel”- də yuxarıda adları qeyd olunan təhsil müəssisələrinin tələbə və şagirdlərinin iştirakı ilə seminarın açılışı olub. Seminarı giriş sözü ilə layihə rəhbəri Nailə İsmayılova açıq elan edib. O, seminar zamanı layihə və layihə çərçivəsində keçiriləcək təmizlik aksiyası barəsində iştirakçılara və qonaqlara geniş məlumat verib. 

Seminarda Mingəçevir Şəhər İcra Hakimiyyətinin, Mingəçevir Gənclər və İdman İdarəsinin, Mingəçevir Gənclər Evinin, Mingəçevir Şəhər YAP Gənclər Birliyinin əməkdaşları iştirak edərək layihəyə uğurlar arzulayıblar. Daha sonra “SAF Həyat Naminə” Gənclər İB-nin sədri Dinara Bayramlı gəncləri təmizlik aksiyasında iştiraka dəvət edib. Seminar iştirakçıları ilə birgə Mingəçevir su anbarı və çimərlik ətrafında təmizlik aksiyası keçirilib. Aksiyada şəhər sakinləri və gənclər iştirak ediblər.

 Onu da qeyd edək ki, seminar və aksiya iştirakçılarına əyani vəsait olaraq layihə çərçivəsində ekologiya ilə bağlı hazırlanmış kitabçalar paylanıb. Aksiya zamanı yığılmış məişət tullantıları, polietilen paketlər, plasmaq qablar və şüşə qablar ayrı ayrılıqda paketlənərək müvafiq quruma təhvil verilib. 

İştirakçılar gərgin və maraqlı aksiyadan sonra yemək süfrəsi arxasında səmimi söhbət ediblər.

pia.az






Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar