Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mingəçevirdə “Gənclərin İKT inkişaf mərkəzinin”nin təqdimatı oldu


Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmiş, onun əhatə dairəsı dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, sosial-iqtisadi sahələri, elm və təhsili, mədəniyyəti, bütövlükdə insanların həyat tərzini əhatə etmişdir


Bu zərurət nəzərə alan Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai BirliyiAzərbaycan Respublikasının Gənclər və İdman Nazirliyininmaliyyə dəstəyi ilə gənclərin İKT sahəsində peşəkarlığının yüksəldilməsinə xidmət edən"GƏNCLƏRİN İKT İNKİŞAFI MƏRKƏZİ” layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində növbəti görüş Mingəçevir şəhərində keçirilib.

Tədbiri giriş sözü ilə açan Mingəçevir Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli müasir dövrdə İKT imkanlarından səmərəli istifadənin vacib olduğunu dedi. Mingəçevir gənclərinin İKT sahəsində maarifləndirilməsi istiqamətində görülən işlərdən danışan K.Nəcəfli internetin daha faydalı, dövlətimiz üçün önəmli tərəfinin öyrənilməsinin vacibliyini qeyd etdi.

Sonra Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası sədri, internet media ekspert Səbuhi Abbasov çıxış edərək layihənin əsas məqsədinin İKT-nin sürətli inkişafı prosesinə gənc nəslin adaptasiyasını təmin etməkdən ibarət olduğunu dedi: "Layihənin əsas məqsədi İKT-nin sürətli inkişafı prosesinə gənc nəslin adaptasiyasını təmin etmək, İnternet mediada çalışan gənclərin informasiya təhlükəsizliyi qaydalarına riayət olunmasını aşılamaq, gənclərdə texniki-nəzəri İKT biliklərinin artırılması, ölkəmizin dünyada təbliğində İKT imkanlarından istifadənin təbliğini həyata keçirilməsi, mobil tətbiqlərə inteqrasiyanın sürətləndirilməsidə gənclərin rolunun artırılması, web resursların yaradılması və idarə olunmasın prosesinə gənclərdə marağın artırılması, eyni zamanda Sosial şəbəkələrdən səmərəli istifadənin təmin edilməsindən ibarətdir. Həmçinin, layihə çərçivəsindəwww.ictcenter.azsaytı yaradılıb. Son 5 ildə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər bir daha gənclərimizin İKT biliklərinin inkişafını, virtual savaşda daha sistematik mübarizəsini stimullaşdırıb. Hesab edirəm biz bu layihə çərçivəsində yüzlərlə gəncimizi sözügedən sahədə maarifləndirməyə müvəffəq olacağıq. Mən bir daha verdiyi dəstəyə görə Gənclər və İdman Nazirliyinə öz dərin təşəkkürümü bildirirəm”

Daha sonra Mingəçevri Şəhər İcra Hakimiyyətinin rəsmisi Tofiq Əsgərov çıxış edərək bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin informasiya-kommunikasiya texnologiyalarının yaratdığı üstünlüklərdən lazımi səviyyədə faydalandıqlarını, iqtisadi sahədə böyük uğurlara imza atdıqlarını dedi: "Bu gün İKT-nin inkişafı respublikanın davamlı inkişafının təmin edilməsi, intellektual potensialının gücləndirilməsi, biznesin irəliləməsi, işsizliyin azaldılması, cəmiyyətdə şəffaflığın və demokratiyanın inkişaf etdirilməsində əhəmiyyətli rol oynayır. Dövlət idarəçiliyi, təhsil, səhiyyə, biznes, bank işi və digər sahələrdə yeni dəyərlər yaradan İKT ictimai-iqtisadi münasibətlərin vacib tərkib hissəsinə çevrilib.”

"İşıqlı Gələcək” GİB-in sədri Tural Kərimov isə çıxışında gənclərin sosial şəbəkələrdə aktivliyinin vacibliyindən danışdı. T.Kərimov gənclər arasında vətənpərvərlik hisslərinin aşılanmasında İKT imkanlarından istifadənin vacibliyini qeyd etdi.

Sonda İKT sahəsində fərqlənən Mingəçevir gənclərinə diplomlar təqdim edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Ən çox oxunanalar