Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mingəçevirdə jurnalistlər üçün seçki müşahidəçilik təlimləri keçirildi



Jurnalistlərin Həmkarlar İttifaqının təşkilatçılığı ilə Mingəçevir şəhərində qərb bölgəsində fəaliyyət göstərən jurnalistləri üçün seçki müşahidəçilik təlimləri keçirilib


PİA.AZ xəbər verir ki, Mingəçevir Media Resurs Mərkəzində "Jurnalistlərin seçki prosesində fəaliyyətinin əsasları" mövzusunda keçirilən təlimlərə bölgədə fəaliyyət göstərən 25 nəfər  .jurnalist qatılıb. Təlimlər, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) maliyyə yardımı ilə icra edilən “Jurnalistlərin seçkiləri müşahidə vərdişlərinin artırılmasına yardım” layihəsi çərçivəsində baş tutub.

Layihənin koordinatoru, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli bildirib ki, təlimlərin keçirilməsində məqsəd qarşıdan gələn bələdiyyə seçkilərində jurnalistlərin peşəkar müşahidəçi kimi iştiraklarına yardım göstərmək olub: “Bələdiyyə institutunun möhkəmlənməsində və  inkişaf etdirilməsində medianın rolu böyükdür. Bələdiyyələrin mahiyyəti, strukturu,problemləri barədə il boyu  informasiyalar yaymaqla KİV-lər əhalinin bələdiyyələrə olan maraqlarını artırılar.  Digər tərəfdən, jurnalistlər  seçki günü müşahidə aparmaqla seçkilərin şəffaf və ədalətli keçməsinə, əhalinin bələdiyyələrə olan etimadlarının möhkəmlənməsinə xidmət göstərirlər.  Bu baxımdan jurnalistlər seçki prosesinə peşəkar yanaşmaları tələb edilir ki, keçirdiyimiz təlimlər də bu məqsədə xidmət edir”.   

Təlimə qatılan jurnalistlərə və bölgədə mövcud olan KİV redaksiyalarına “Bələdiyyə seçkilərində müşahidəçi kimi iştirak edən jurnalistlər üçün bələdçi” kitabı paylanılıb. KİVDF-nin maliyyə yardımı ilə nəşr edilmiş kitab redaksiyalara və jurnalistlərə pulsuz paylanıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar