Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milyonları oğurlayan şəxs Vidadi Zeynalovun qohumudurmu?


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) həbsdə olan sabiq aparat rəhbəri Vidadi Zeynalovun vəkili Muğan Əliyev "Aztelekom" İstehsalat Birliyində 1 milyon 500 min manatlıq mənimsəmə faktı ilə bağlı Trend İnformasiya Agentliyinin məlumatına münasibət bildirib


Vəkil qeyd edib ki, V.Zeynalov həmin mənimsəmə faktında adıçəkilən Quluzadə Seymur Əsgər oğlunun onun qohumu olmadığını bildirib.

 Xatırladaq ki, daxil olan məlumatda bildirilirdi ki, V.Zeynalovun göstərişi ilə "Aztelekom" İstehsalat Birliyi kabel alışı üçün müqavilə bağlayıb. Müqavilənin qiyməti V.Zeynalov tərəfindən şişirdilib və təşkilatın büdcəsindən kabel alışı üçün 1 milyon 500 min manat ayrılıb. Həmin məbləğin 600 min manatı V.Zeynalovun bacısı qızının həyat yoldaşı, uzun müddət "Kapitalbank"ın filial müdiri işləmiş Quluzadə Seymur Əsgər oğlu tərəfindən nağd pul kimi çıxarılıb. Pul həmin şəxs tərəfindən V.Zeynalova verilib. S.Quluzadə "Kapitalbank"da filial müdiri olsa da, V.Zeynalovun göstərişi ilə "Aztelekom" İstehsalat Birliyinin kabel alqı-satqısına nəzarət edirmiş. "Aztelekom"da aparılan yeyinti faktlarının əksəriyyəti də S.Quluzadənin vasitəsilə həyata keçirilirmiş. 

Xatırladaq ki, ötən il noyabrın 16-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının RYTN-də apardıqları yoxlamalar nəticəsində nazirliyin sabiq Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin baş direktoru Məhəmməd Məmmədov, qurumun sabiq baş mühasibi Oqtay Rüstəmov, nazirliyin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, "Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov, həmin MMC-nin baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov və bir neçə nəfər vəzifəli şəxs saxlanılmışdı. Saxlanılan şəxslər barədə Binəqədi rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərin barəsindəki həbs müddəti bir neçə dəfə artırılıb. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar. 

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar