Dünyanın “dollar” milyonçularının ümumi varidatı 70 trilyon dollara yaxındır
Oxu.Az xəbər verir ki, bu haqda “Capgemini” konsaltinq şirkətinin hesabatında deyilir.
2016-cı illə müqayisədə cari ildə bu göstərici 10,6 faiz artıb. Analitiklərin hesablamalarına görə 2025-ci ilə kimi milyonçuların ümumi aktivləri 100 trilyon dollara çatacaq.
Milyonçuların aktivlərinin orta hesabla üçdə bir hissəsini səhmlər təşkil edir.
Hesabata görə yeni milyonçuların dördə üç hissəsi Şimali Amerika və Asiya-Sakit Okean regionunda yaşayır.
pia.az