Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

12 milyonluq qalmaqal yenidən gündəmdə

12 il həbs cəzası alan "Sahil-D” və "Real” MTK-ların sahibi İlham Qasımov ev dustaqlığına buraxıla bilər

 
Bu barədə saytımıza iş adamının əməllərindən zərər çəkən Səbinə Əlizadə adlı şəxs məlumat verib.
 
 Onun sözlərinə görə, vətəndaşlara külli miqdarda ziyan vurmaqda təqsirili bilinən İ.Qasımovun dəmir barmaqlıqlar arasından çıxması üçün hazırlıq prosesinə başlanılıb: "İlham Qasımov bir müddət xəstəlik bəhanəsiylə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin hospitalında qalıb. Sonra onu cəzaçəkmə müəssisəsinə göndəriblər. Plana görə onu yenidən xəstəliyinin şiddətlənməsi bəhanəsi ilə Penitensiar Xidmətin hospitalına qaytaracaqlar. Burada da bir müddət qaldıqdan sonra məhkəməyə vəsatət verərək onun xəstəliyinin dözülməz olduğunu əsaslandırıb ev dustaqlığına buraxılmasına çalışacaqlar. Hətta qohum və yaxınları zərərçəkmişləri sakitləşdirmək üçün şayiə buraxıblar ki, İlham Qasımov evə buraxılan kimi hamının pullarını qaytaracaq...”
 
Qeyd edək ki, İlham Qasımov tanınmış iş adamı, milyonçu, şair Gülağa Tənhanın şikayəti əsasında həbs olunub. Şikayətçi MTK rəhbərinin ona 12 milyon "atdığını” sübut edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il iş verilib. Sonradan Apellyasiya instansiyasında cəzası 12 ilə endirilib. Onu da bildirək ki, İlham Qasımov həbs olunmamışdan öncə Diaspor Komitəsinin sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimovla yaranan pul davası və məhkəmə çəkişməsi ilə gündəmə gəlmişdi.(bakupost.az)
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar