Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Milyonçu Tağıyevin yeganə oğlunun faciəvi ölümü – Gizli tarix


Hacı Zeynalabdin Tağıyev XX əsrin əvvəllərində bütün müsəlmanların ağsaqqalı sayılan şəxs idi


Onun maddi sərvəti kimi, mənəvi sərvəti də çox zəngin idi və bu, Hacını hər yerdə sevdirmişdi.

Hacının böyüklüyünü göstərən bir fakt da yeganə oğlunu “bərkə-boşa” göndərərək, onu heç bir varidata arxayınlaşmasına yol verməmək idi. Cəmi 18 yaşı olan oğlu Məhəmmədi evləndirmir. İstəsəydi, o zaman dünyanın ən dəbdəbəli toyunu edə bilərdi. Amma bunu etmir. İstəyir ki, oğlu həyatın çətinliklərini öyrənsin. Yeganə oğlu da atasının sözündən çıxmır. Anası nə qədər etiraz etsə də o zaman yeganə hərbi birlik olan Lənkərandakı “Vəhşi diviziya”ya yazılır. Bununla da, ömrünün faciəsini hazırlayır.

Moderator.az araşdırmaçı Manaf Süleymanov və milyonçunun qızı Sara xanımın xatirələrindən yola çıxaraq milyonçu Tağıyevin yeganə oğlunun faciəvi ölümündən bəhs edən kiçik yazını diqqətə çatdırır:

Cavan zabitlər tapançanın topunda bir güllə saxlayıb lüləni gicgahlarına tuşlayaraq topu fırladıb çaxmağı basmaqla bəxtlərini yoxlayırdılar. Hacı Zeynalabdin Tağıyevin Lənkərandakı “Dikaya dviziya”nın qoşun hissəsində xidmət edən oğlu Məhəmməd bu yolla bəxtini yoxlayanda tapança açılmış, onu öldürmüşdü.

Alay yoldaşlarından bir dəstə zabit cənazəni Bakıya gətirirlər, dəfn-kəfndən sonra zabitlər geriyə qayıdarkən İmamverdi körpüsündə bir dəstə Qızıl qvardiyaçı matros onları tərksilah edir. Bu hadisədən “Dikaya diviziya”nın şəhərdəki başçıları bərk narazı qalırlar.

Sara xanım xatırlayırdı: “Ailəmizdə ən dəhşətli gün qardaşım Məhəmmədin ölüm xəbəri gələndə oldu. Anama demədik. İlk oğlu idi. Hamıdan çox onu sevirdi. On səkkiz yaşı vardı… Bir qıza vurulmuşdu. Anam çox cəhd etdi, Hacı dedi ki, çox cavandır, qoy bərkdən-boşdan çıxsın.

Yeznəmiz, Şəmsinin oğlu Əli Əsədullayev dilə tutub Məhəmmədi apardı Lənkərana, “Dikaya diviziya”ya. Müsəlmanlara kommuna icazə vermirdi Bakıda silahlı qoşun saxlasın. Ona görə Lənkəranda hərbi hissə düzəldirdilər. Anam qoymurdu getsin. Üç dəfə adam göndərdik ki, qaytarsınlar. Baş tutmadı. Məhəmməd qulaq asmadı. Görünür taleyi belə imiş. Nə isə… Ölməmişdən iki ay əvvəl Məhəmməddən məktub almışdıq. Yazırdı ki, töylədə yatırıq, başımızın altında yəhər… Məni Hacının kabinetinə çağırdılar. Bacım Leyla da orada idi. Atam ağlayırdı, saqqalından yaş damcılayırdı. Mənə bir teleqram uzatdı. Oxudum: “Мамед застрелился”.

Əvvəl anama demədik. Əli cənazəni Bakıya gətirib, birbaşa “Təzə pir” məscidinə apardı, kəfənlədib qoydurdu tabuta. Atam zala xalı-xalça döşətdirdi. Mollalar gəldi. Matəm mərasimi başladı.
Bibiheybət məscidi yanında yerimiz vardı. Qəbiristanda hasara alınmışdı. Əvvəlcədən bir neçə qəbir hazırlayıb üstünü örtmüşdülər. Məhəmmədi orda basdırdılar. Babam və nənəmin də qəbri orada idi. Anam əhvalatı biləndə ürəyi getdi. Bayıldı. Ondan sonra huşunu itirdi. Tez-tez qəbir üstə gedirdi”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Bu klinikalar sertifikasiyadan keçməyən həkimlərlə işləyir? - Siyahı

“Dar gün üçün” ağ, yoxsa sarı qızıl? - Mütəxəssisdən aldandığımız məsələlər barədə açıqlama

Ən çox oxunanalar