Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millimizin sabiq üzvü 35 yaşında vəfat etdi


Bu gün Azərbaycan ağır atletika milli komandasının sabiq üzvü Veliçko Çolakov gözlənilmədən dünyasını dəyişib


PİA.AZ Apasport.az-a istinadən xəbər verir ki, tanınmış atlet, Olimpiya Oyunlarının bürünc medalçısı səhər saatlarında dünyasını dəyişib.

Bolqarıstan mətbuatının yazdığına əsasən idmançı ürəyində yaranan problem səbəbindən ölüb. Son illərdə ürəyindən əziyyət çəkən 35 yaşlı Çolakovun bu gün səhhəti pisləşdikdən sonra təcili yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Milliləşdirilmiş legionerimizin vətəni Bolqarıstanda, Smolyan şəhərində dəfn ediləcəyi bildirilir.

Qeyd edək ki, Bolqarıstan yığmasının heyətində Afina-2004-ün bürünc mükafatçısı olmuş ağır çəkili idmançı həmin il Avropa çempionu adını da qazanıb. O, 2003-cü ildə dünya çempionatının gümüş medalına yiyələnib. Pekin-2008-də dopinq səbəbindən 4 illik cəzalanan ağırlıqqaldıran 2010-cu ildə Azərbaycan vətəndaşlığını qəbul edib. Yığmamızın heyətində yalnız London Olimpiadasına yollanan 105 kq çəkili atlet burada da zədələndiyindən podiuma çaxa bilməyib. O, sonra yenidən Azərbaycana dönmək istəsə də, həmyerlisi olan baş məşqçi Zlatan Vanev Çolakovun dövrünün keçdiyini əsas gətirib, buna mane olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Ən çox oxunanalar