Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millimizin sabiq güləşçisi İŞİD-in tərkibində öldürülüb


Azərbaycan millisinin sabiq güləşçisi Çamsulvara Çamsulvarayev İraqda öldürülüb


 Apasport.az saytının məlumatına görə, İŞİD-in tərkibində “Al Bara” ləqəbi ilə döyüşən idmançı Mosul şəhərində Dağıstandan olan digər dindar, “Əbu Zeyd” kimi tanınan Məhəmməd Əhmədovla birgə qətlə yetirilib.
 
Belə ki, İŞİD-ə qoşulan Əhmədovun ölüm xəbəri sentyabrın 22-də öz qohumları tərəfindən yayılıb. O, pilotsuz qurğu ilə zərbədən sonra dünyasını dəyişib. Həmin vaxt “Əbu Zeyd”lə birgə avtomobildə daha 5 nəfər olub. Onlardan da biri “Al Bara” imiş. Çamsulvarayevin ölümünü Britaniyanın IHS analitik mərkəzinin eksperti Coanna Paraşuk da təsdiqləyib.
 
32 yaşlı Çamsulvaranın qohumları hələlik onun ölümü barədə məlumata malik deyillər.
 
Qeyd edək ki, Çamsulvarayev Azərbaycan millisinin heyətində 74 kq çəki dərəcəsində dünya çempionatının gümüş (2009), bürünc (2007) medallarını qazanıb. Həmçinin 2009-cü ildə Avropa çempionu tituluna yiyələnib. Çamsulvaranın aktivində qitə çempionatının 3 bürünc (2007, 2008, 2010) mükafatı da var. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar