Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millimiz mübarizəni dayandırdı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsini adlaya bilməyib


PİA.AZ apasport.az-a istinadən xəbər verir ki, Rumıniyada keçirilən VI qrupun ilk iki matçında uduzan Vüqar Məmmədin yetirmələri üçün son tur formal xarakter daşıyacaq.

Belə ki, İngiltərəyə 0:2, Avstriyaya 1:3 hesabı ilə uduzan yığmamız Rumıniya ilə son turun görüşündə heç nə verməyən 3-cü yer üçün mübarizə aparacaq. Düzdür, yarışların reqlamentinə əsasən, hər qrupda ilk iki yeri tutanlar, həmçinin ən yaxşı nəticəyə malik 5 üçüncü yer sahibi elit-raunda yüksəlməlidir.
 
Lakin millimiz də, Rumıniya da ən yaxşı 3-cü olmaq imkanını əldən veriblər. Çünki bu komandaların müqayisəsi zamanı onların ilk 2 yer sahibi ilə matçları əsas götürülür. Millimiz isə ilk iki pilləni təmin edən İngiltərə və Avstriya ilə görüşlərdə xal qazana bilməyib. Xal hesabı 0-a bərabər olan yığmamızın top fərqi 1:5-dir.
 
Artıq mübarizəsi başa çatan qruplara baxsaq, komandamızın "beşlik" şansı qalmayıb. Çünki Ukrayna, Çexiya, Monteneqro liderlərdən 1 xal qoparıblar. Xala həsrət qalan Bolqarıstan və Qazaxıstanda isə topların fərqi "-3"dür. Bu isə o deməkdir ki, Azərbaycan yığması üçün Avropa çempionatını bitmiş saymaq olar. Liderlərdən daha çox top buraxan Rumıniya yığması üçün də son tur formal olacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar